İnklüziv Təhsil Mərkəzi

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Qayğı - sağlam nəsil naminə” İB-nin əməkdaşlığı nəticəsində ADU-nun “Korreksiyaedici təlim” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələrinin “Daun sindromlu şəxslərin reabilitasiya mərkəzi"ndə təcrübəsinə start verilmişdir.

Qeyd edək ki, ötən həftə "Autizm" mərkəzində təcrübəsini tamamlayan iştirakçılar gözəl təəssüratlarla geridönüş etmişlər.
 
Bu addımların ənənəyə çevrilməsi məqsədilə ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi ölkəmizin keyfiyyətli reabilitasiya xidmətləri təklif edən müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdədir. Yaxın gələcəkdə beynəlxalq miqyasda fəaliyyət göstərən reabilitasiya mərkəzləri ilə təcrübə mübadiləsi proqramlarının təşkili nəzərdə tutulmuşdur.