Doktorantura şöbəsi
Doktorantura Azərbaycan Respublikasında ali təhsilin ən yuxarı səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığı formasıdır. Doktorantura şöbəsi Azərbaycan Dillər Universitetinin struktur vahidi olub, Elmi işlər üzrə prorektorun xidmətinə daxildir.
Azərbaycan Dillər Universitetində elmi-pedaqoji kadr hazırlığına 1949-cu ildən başlanmışdır. Həmin il o vaxtkı Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutununda aspirantura şöbəsi yaradılmışdır. Bu illər ərzində universitetin aspiranturası görkəmli alimlər yetişdirmişdir. Onlardan İ. Rəhimovun, O. Musayevin, Z. Ağayevin, Q. Quliyevin, Z. Verdiyevanın, D. Yunusovun, F. Veysəllinin, Ş. Xəlilinin, B. Hüseynovun, Ə. Abdullayevin, F. Zeynalovun, B. İsmayılovun adlarını çəkmək olar.
Qeyd edək ki, 1949-cu ildən fəaliyyət göstərən Aspirantura şöbəsi hazırda Doktorantura şöbəsi kimi fəaliyyətini davam etdirməkdədir. Şöbə işini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa (2009-cu il), Elm haqqında Azərbaycan Respublikasının Qanununa (2016-cı il), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli,129 nömrəli qərarı ilə təsdiq edilmiş “Dokrotanturaların yaradılması və dokrotanturaya qəbul Qaydaları”na,Universitet nizamnaməsinə və illik fəaliyyət planına əsasən qurur.Doktorantura şöbəsinin əsas vəzifəsi universitet nəzdində olan bütün kafedraların əməkdaşları, doktorant və dissertantları ilə işi əlaqələndirmək,fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik etməkdən ibarətdir. ADU-nun struktur bölməsi olaraq Doktorantura şöbəsi ölkənin digər ali təhsil müəsisələri, AMEA-nın institutları, təhsil mərkəzləri və qurumları ilə, yerli və xarici ölkə universitetlərinin dokrotantura şöbələri ilə yaxından əməkdaşlıq edir.
Doktoranturada elmi-pedaqoji kadr hazırlığı fəlsəfə və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə dokrotanturada əyani təhsil müddəti 4 il, qiyabi təhsil formasında isə 5 ildir, dissertanturada hazırlıq 5 ilə nəzərdə tutulur.
Doktoranturaya qəbul və dissertanturaya təhkim olunma Azərbaycan Respublikası Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Dokrotanturaların yaradılması və dokrotanturaya qəbul Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir.
Hazırda doktorantura şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş doktorantura ixtisaslarının təsnifatına uyğun olaraq Dil nəzəriyyəsi – 5704.01; Azərbaycan dili – 5706.01; German dilləri – 5708.01; Roman dilləri- 5709.01; Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik- 5714.01 ; Azərbaycan ədəbiyyatı- 5716.01; Dünya ədəbiyyatı – 5718.01; Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası- 5801.01; Ümumi pedaqogika,pedaqogikanın və təhsilin tarixi- 5804.01; Beynəlxalq münasibətlər – 5901.01; Sosial psixologiya – 6114.01 ixtisasları üzrə elmi-pedaqoji kadr hazırlığının həyata keçirilməsini təmin edir, gələcəkdə kadr hazırlığı sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Doktorantura şöbəsinin müdiri
Qarayeva Nərgiz Sadıq qızı
Ünvan: Bakı ş., Rəşid Behbudov küçəsi 134,
ADU-nun əsas tədris binası, 216-cı otaq
Tel: (+99412) 441-22-78 (daxili nömrə 154)
E-mail: [email protected]