Filologiya fakültəsində açıq dərs keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi nəzdində Avropa dilləri kafedrasının müəllimi fil.f.d., dos. Firuzə Köçərlinin “Xarici dildə işgüzar akademik kommunikasiya”, İngilis dilinin üslubiyyatı kafedrasının müəllimi fil.f.d., dos. əvəzi İzaura Şirinovanın “İngilis dilində söz yaradıcılığı”, 23 oktyabr 2024-cü il tarixində Azərbaycan dilçilyi kafedrasının müəllimləri Fəridə Cəmillinin “Azərbaycan dilində işgüzar akademik kommunikasiya” və b/m Elnarə Yəhyayevanın “Müassir Azərbaycan dili - 4”, 24 oktyabr 2024-cü il tarixində Azərbaycan dilçilyi kafedrasının müəllimi fil.f.dos. Yeganə Hacıyevanın “Orta məktəblərdə Azərbaycan dilinin tədrisi metodikası”, 25 oktyabr 2024-cü il tarixində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müəllimi b/m Sücəddin Əyyublunun “Öyrənilən əsas dil-3”, Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi b/m Günel Əliyevanın “S/f Çağdaş almandilli ədəbiyyatdan seçmələr” fənlərindən açıq dərsləri olub.
Dərslərdə Filologiya fakültəsinin dekanı fil.e.d., prof. H.Əliyeva, Tədris işləri üzrə dekan müavini b/m H.Nəzərova və müvafiq kafedra müdirləri iştirak ediblər.
Aparılan ümumiləşdirmələr və təhlillər əsasında dərslər əsasən qənaətbəxş hesab olunmuş, aşkar olunmuş nöqsanlar aidiyyatı üzrə çatdırılıb.