BİZDƏN YAZIRLAR

“HEYDƏR ƏLİYEV: Multikulturalizm və tolerantlıq ideologiyası” II Beynəlxalq konfransında iştirak QAYDALARI

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV: Multikulturalizm və tolerantlıq ideologiyası”

II Beynəlxalq elmi konfrans

Konfrans 6-7 may 2019-cu il tarixlərində keçiriləcəkdir.

 Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  1. Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm,
  2. Qloballaşan dünyada dinlərin və mədəniyyətlərin dialoqu,
  3. Müasir beynəlxalq münasibətlər və multikulturalizm,
  4. Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu.

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.

Konfransa göndərilmiş və təşkilat komitəsinin müsbət rəy verdiyi məruzələrin tezisləri çap ediləcəkdir.

Konfransda iştirak ödənişsizdir.

Tezislərin tərtibinə qoyulan tələblər:

  • müəllifin (müəlliflərin) adı, soyadı, atasının adı, təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
  • məruzənin adı – 14 pt, tünd rənglə, ortadan;
  • tezislərin həcmi­ 3 səhifəyə qədər, formatı  A4 olmalı, səhifələr nömrələnməməlidir;
  • mətn Times New Roman şrifti ilə, 12 pt, yuxarıdan – 3 sm, aşağıdan, soldan və sağdan – 2 sm, sətirlərarası məsafə (interval) –1,5 sm tələbləri gözlənilməklə tərtib edilir;
  • açar sözlər (3-5 söz, məruzə tezislərinin yazıldığı dildə) – 12 pt, tünd rənglə,
  • ədəbiyyata istinadlar aşağıdakı şəkildə verilir: mənbələr kvadrat mötərizədə göstərilir [Əhmədov, 2016, 1-2], ədəbiyyatın siyahısı əlifba sırası ilə düzülür.
  • tezislər elektron variantda təqdim olunmalıdır;
  • tezislərin son təqdimetmə müddəti 8 aprel tarixinə qədərdir.

  

Konfransın təşkilat komitəsinin ünvanı:

Az 1014, Bakı şəhəri, R.Behbudov küçəsia134, Azərbaycan Dillər Universiteti, 302-ci otaq.

Əlaqə telefonları: (+994 12) 441 22 78  (2 57)(+994 55) 658 11 40

E-mail:  conference2@adu.edu.az                                 

 

 

QEYDİYYAT VƏRƏQİ

“HEYDƏR ƏLİYEV: Multikulturalizm və tolerantlıq ideologiyası”

II Beynəlxalq elmi konfrans

İştirakçının adı, atasının adı,  soyadı, elmi dərəcəsi, elmi adı                                                     
Təmsil etdiyi müəssisə, ölkə, şəhər 
Telefon nömrəsi, Elektron ünvanı