BİZDƏN YAZIRLAR

Rektor “Nəsimi və intibah ideyaları” konfransının keçirilməsi haqqında əmr imzalayıb

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla “Nəsimi və intibah ideyaları” mövzusunda Respublika elmi konfransının keçirilməsi haqqında əmr imzalayıb.

Əmrdə qeyd edilir ki, 11 oktyabr 2019-cu il tarixində “Nəsimi və intibah ideyaları” mövzusunda Respublika elmi konfransı keçirilsin. Konfransa hazırlıq işlərinin görülməsi və onun keçirilməsi ilə bağlı məsələlərin həlli üçün aşağıdakı tərkibdə Təşkilat komitəsi yaradılıb:

 

İmanov M.K.– Azərbaycan ədəbiyyatı kafedrasının müdiri,

 

akademik, sədr

Əliyeva H.Ə.–ADU-nun elmi katibi, f.e.d., dosent, sədr

 

müavini

Bayramov Q.H.–“Tərcümə araşdırmaları” ETL-in müdiri,

 

professor, üzv

Kərimli T.H.– AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru,

 

akademik, üzv

Kunina İ.A.– “Multikulturalizm” ETL-in müdiri,

 

dosent, üzv

Mehdi N.M.– Azərbaycanşünaslıq ETL-in əməkdaşı,

 

professor, üzv

Məmmədov E.A.–Baş mühasib, üzv
Nağısoylu M.Z.– AMEA Nəsimi adına Dilçilik İnstitutunun

 

direktoru, akademik, üzv

Rüstəmov A.İ.–“Azərbaycanşünaslıq” ETL-in müdiri, t.f.d., üzv
Sabitova A.Z.–Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri,

 

professor, üzv

Zeynalova S.S.–İngilis dilinin leksikologiyası və üslubiyyatı

 

kafedrasının müdiri, f.e.d., dosent, üzv

Zeynallı C.A.–Sayt şöbəsinin müdiri, üzv
Zərbəliyev H.M.–Elmi tədqiqatlar və elmi nəşrlər şöbəsinin

 

müdiri, professor, üzv

 

Daxil olan məruzələri seçərkən maksimum obyektivliyə riayət etmələri, onların elmi səviyyəsinə diqqət yetirmələri, konfransın mövzusuna uyğun gəlməyən materialları qəbul etməmələri, həmçinin konfrans zamanı seçilmiş, yüksək elmi tutumlu məruzələrin universitetdə nəşr olunan elmi jurnallarda dərc olunmasının tövsiyə edilməsi təşkilat komitəsinə tapşırılıb.

Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayevə həvalə edilib.