QARABAĞ HƏQİQƏTLƏRİ

ADU-nun kafedra müdiri Fransa prezidentinə erməni terroru ilə bağlı məktub göndərib

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Xarici dillər kafedrasının müdiri Nərgiz Seyidova-Sərdarova Fransa Prezidenti Emmanuel Makrona Qarabağ həqiqətləri və erməni terroru ilə bağlı məktub yazıb. Həmin məktubu təqdim edirik.

 

“Cənab Respublika prezidenti!

Mən azərbaycanlıyam və Dağlıq Qarabağın ən məşhur ailələrindən birini təmsil edirəm. Mənim bütün yaxınlarım və ailə üzvlərim öz ocaqlarından didərgin düşmüşdür. Ata ocağımız və nənə-babalarımın qəbirləri ermənilərin bizlərə qarşı yürütdükləri nifrət siyasətinin qurbanı nəticəsində dağıdılmışdır. Ermənistan və Fransada yaşayan erməni diasporası isə xalqıma və ölkəmə qarşı nifrət siyasətini davam etdirməkdədir. Yurdundan didərgin düşmüş 800 000 Azərbaycanlı bu gün öz ocaqlarına dönəcəyi günü səbirsizliklə gözləyir. 2020-ci il, 3 və 17 oktyabr tarixlərində separatçı erməni qrupları Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutdular. Atılan raket bu tarixi şəhərin sıx məhəllələrində çoxlu sayda mülki insanın həyatına son qoydu (eləcə də aralarında qadın və uşaqlar olmaqla), həmçinin xeyli sayda insan yaralandı.

Mənim uşaqlığm Fransada keçib. Atam SSRİ-nin diplomatik nümayəndəliyinin Fransadakı təmsilçisi vəzifəsində çalışmışdır. Mənim həyatım bu gözəl ölkə ilə bağlıdır. Bu gün mən Azərbaycan Dillər Universitetində fransız dili müəllim kimi fəaliyyət göstərirəm. Mən təkcə fransız dilini deyil, həm də onun tarixini və mədəniyyətini tədris edirəm.

Zəhmət olmasa, cənab prezident cavablandırardınız! Mən bu gün tələbələrimə sizin Azərbaycana qarşı yürütdüyünüz siyasət və münasibətinizlə bağlı nə deyəcəyəm? Siz mənə hansı açıqlama verə bilərsiniz? Mən tələbələrimə fransız dilini öyrənmələri və onu sevmələri ilə bağlı hansı əsaslar gətirə bilərəm?

Cənab prezident, Sizə olan səmimiyyət və hörmətimi qəbul etmənizi xahiş edirəm”.