QARABAĞ HƏQİQƏTLƏRİ

Sumqayıt məktəbliləri Çindən olan şagirdlərə məktublar yazıblar

ADU nəzdində Konfutsi İnstitutunun dəstəyi ilə Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbdə çin dili  və mədəniyyəti dəsrləri tədris olunur. Həmin dərslərdə iştirak edən şagirdlər Sumqayıtın Çindəki qardaş şəhərləri Myenyan, Sian, Çyucoudan olan şagirdlərə məktublar yazıblar. Həmin məktubların tərcüməsini təqdim edirik.

Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin  II sinif şagirdi Ayhan Yusifzadə:

“Salam, əziz dostlar! Mənim adım Aylindir. Mən çox sevinirəm ki, mənim çox uzaqlarda dostlarım olacaq. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov və tədbirdə Çin haqqında danışan Nigar müəllimə bizə sizin yaşadığınız şəhərlər haqqında danışırlar. Mən çox istəyirəm ki, ora gəlim. Bizim ölkədə indi müharibədir. Atamla xəbərlərə baxanda görüm ki, ermənilər bizə bomba atıb. Çoxlu mənim yaşımda olan uşaqlar yaralanıb. Mən çox istəyirəm ki, hər şey yaxşı olsun. Bir də heç vaxt müharibə olmasın”.

***

Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin V sinif şagirdi Mənsimli Leyla:

“Salam! Mənim adım Leyladır. Mən Coğrafiya dərsində Çin haqqında oxumuşdum, ancaq Çin dili haqqında məlumatım yox idi. Bir gün müəlliməmiz  bizə dedi ki, Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutu var. Orda uşaqlara çin dili öyrədirlər. Sabah bizim məktəbdə tədbir keçirəcəklər, kim istəsə qatıla bilər. Mən böyük həvəslə tədbirə qatıldım. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bizə çox maraqlı məlumatlar verdi. Orda çalışan Qocayeva Nigar müəllimə isə bizə Çin dili haqqında danışdı. Çin dili mənə çox maraqlı gəldi. Tədbirdən sonra internetdən Çin dilini öyrənməyə başladım. Mənə hələ də  çox maraqlıdır ki, siz heroqlifləri yadınızda necə saxlaya bilirsiniz. Təəssüf ki, indi Çin dilini öyrənə bilmirəm, bizim ölkədə müharibə başlayıb. Ermənilər bizim şəhərlərə çoxlu bombalar atırlar və uşaqlar məktəbə gedə bilmirlər, onlar ölürlər. Heç bir günahı olmayan uşaqların ölməsi, valideyinlərini itirməsi  məni çox üzür. Ən böyük arzum dünyada hər zaman sülh olsun  və uşaqlar həmişə gülsün”.

***

Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin  VII sinif şagirdi  - Nərimanlı Nərmin:  

“Salam! Mənim adım Nərmindir. Mənim 12 yaşım var. Mən boş vaxtlarımda ölkələr haqqında məlumatlar oxuyuram. Çin ən çox sevdiyim ölkələrdən biridir. Sizin diliniz, musiqiniz yeməkləriniz mənə çox maraqlı gəlir. Ən böyük arzum Çin səddini görmək və sizin qədim döyüş sənətlərinizi öyrənməkdir. Bizim məktəbdə Konfusti İnstitutunun direktoru Rafiq Abbasov və mütəxəssisləri sizin ölkə haqqında çoxlu tədbirlər keçirirlər. Tədbirdə deyilmişdi ki, mənim  yaşadığım Sumqayıt şəhəri ilə, Çinin Myenyan, Sian, Çyucou  şəhərləri qardaş şəhərlərdi. Sonra bizə qardaş şəhərlərin nə olduğunu izah etdilər, mən çox sevinirəm ki bizim şəhərlərimiz qardaşdır və mənim orda çoxlu dostlarım var. Mən ordakı qardaşlarıma demək isteyirəm ki, bizim ölkədə baş verən hadisələr məni çox üzür. Düşmənimiz olan ermənilər oktyabr ayının 11-də Gəncə şəhərinə raket atdılar və 15 məktəbli yaralandı. Mən çinli qardaşlarımdan onlara dəstək olmağını istiyirəm, qoy uşaqlar heç vaxt ağlamasın, onlar həmişə gülsün”.  

* * * 

苏姆盖特 (Sumqayıt) 42号中学二年级的学生  Ayhan Yusifzadə

“亲爱的朋友们,大家好!我叫Aylin。我因为将在很远的地方会交朋友很高兴。孔子学院的院长Rafiq Abbasov和在活动给我们讲关于中国的Nigar老师给我们介绍你们住的城市。我非常想去那里。我的国家正在在战争情况。跟爸爸看新闻的时候,我看到了亚美尼亚向我们扔炸弹。许多和我同年龄的孩子受伤了。我真的很想一切都好。希望将来永远没有战争。”

 

苏姆盖特 (Sumqayıt) 42号中学七年级的学生  Nərimanlı Nərmin

“大家好!我叫Nərmin。我十二岁。有空的时候我读关于各种国家的信息。中国是我最喜欢的国家之一。我对你们的语言,音乐和菜很感兴趣。我最大的梦想是看到万里长城和学习你们的古代作战艺术。我们学校的孔子学院的院长Rafiq Abbasov和老师们举行许多关于你们国家的活动。活动的时候给我们说过了,我住的苏姆盖特 (Sumqayıt) 城市跟中国的绵阳,西安和衢州城市是兄弟城市。以后他们给我们解释兄弟城市的意思。我很高兴我们的城市是兄弟,而在那边我有很多朋友。我要给我那边的兄弟告诉的是我国家的情况让我很伤心。敌人的亚美尼亚10月11号向占贾(Gəncə)发射了导弹,15位学生受伤了。我要我的中国兄弟支持他们。希望将来孩子们永远不哭,反而每天都一直笑。”