QARABAĞ HƏQİQƏTLƏRİ

ADU-nun əməkdaşı Günay Məmmədova fransız alimə erməni terrorizmi haqqında məktub ünvanlayıb

ADU-nun Fransız dili və mədəniyyəti mərkəzinin baş mütəxəssisi və Regionşünaslıq kafedrasının müəllimi Günay Məmmədova Fransanın Monpeliye Universitetinin alimi Mari-Turnerə erməni terrorizmi, Qarabağ həqiqətləri haqqında məktub yazıb. 

"Chère Marie Tournaire,

Je m’adresse à vous au nom du personnel et des étudiants francophones de notre Université en tant que coordinatrice en chef du Centre de Langue et Culture Française de l'Université des Langues d’Azerbaïdjan et en tant que professeure qui enseigne l’étude de civilisation, d’histoire et de politique française.   

Lors de visite dans notre université deux ans avant, vous aussi, vous avez témoigné que l’objectif de mon travail est de promouvoir la langue et la culture françaises dans notre université. Nous organisons les différents événements culturels sur la France. Pendant mes activités d’enseignant et de sociales,  je parle de la France comme un pays tolérant et impartial et je l'ai présentée à nos étudiants en tant que membre du Groupe de l'OSCE Minsk avec une position juste au sujet du conflit du Haut-Karabakh. Mais nous sommes très déçus du soutien injuste d’Emmanuel Macron, président de la France à l'Arménie et les accusations sans fondement contre l'Azerbaïdjan dans la lutte de libération de ses territoires occupés. Je tiens à souligner que M. Macron porte ces accusations conformément aux rumeurs et aux « fake-news » qui circulent dans la presse. Cependant, les services spéciaux français sont parmi les agences de renseignement les plus puissantes au monde. Bien que le président Ilham Aliyev ait demandé à plusieurs reprises à Macron des preuves sur ces accusations, le côté opposé n'a pas fourni un seul élément de preuve.

Probablement, vous n’êtes pas au courant que depuis presque 30 ans, 20% de territoires de notre pays sont occupés par l’Arménie.  En raison de cette occupation, les Azerbaïdjanais ont été expulsés de leurs territoires natals et leurs maisons ont été détruites. Au fil de ces années, l'armée arménienne a régulièrement commis des provocations militaires dans différentes directions de la frontière arméno-azerbaïdjanaise. L’armée arménienne a été la première qui a lancé des provocations militaires en juillet de cette année, le 27 septembre.  L’Arménie cible les habitations civiles et les gens civils de notre pays. À la suite de ces attaques, plus de 30 civils ont été tués et plus de 140 blessés. Afin de protéger ses personnes âgées, ses femmes et ses enfants, l'Azerbaïdjan a lancé des contre-attaques et a libéré une partie importante des territoires occupés par l’Arménie. Je voudrais attirer votre attention sur le fait qu'à la suite des opérations de contre-attaque de l’armée azerbaïdjanaise, pas un seul soldat azerbaïdjanais n'a touché le territoire arménien. Nous combattons sur notre territoire. Nos soldats avancent dans nos territoires occupés, luttant pour le retour de nos réfugiés dans leurs propres maisons. Je ne peux pas vous transmettre les joies des Azerbaïdjanais qui sont rentrés dans leur patrie, qui a été libérée de l’occupation de l’Arménie. Pour ça, vous pourrait venir et voir avec vos propres yeux. Nous n'avons pas l'intention d'expulser les Arméniens en rentrant nos réfugiés dans les territoires libérés. Comme notre président l'a répété à maintes reprises, tous les habitants du Karabakh d'origine arménienne qui respecte aux lois de l'Azerbaïdjan sont nos citoyens ! Nous pouvons vivre en paix avec les Arméniens. Mais pour cela, l'Arménie doit retirer ses forces d'occupation conformément aux résolutions adoptées par le Conseil de sécurité des Nations Unies et reconnaître l'intégrité territoriale de l'Azerbaïdjan. Nous regrettons profondément que le président français et les médias français ne veuillent pas voir toutes ces réalités et les soutenir, croyant aux “fake news” du parti injuste. Nous appelons votre pays et vos politiciens d’être juste à ce problème et à défendre la vérité. Nous croyons que vous exprimez votre attitude avec honnêteté et justice sur ce problème".

Gunay Mammadova, coordinatrice en chef du Centre de langue et culture françaises de l'AUL,

Professeure de la chaire des Études régionales

* * * 

Hörmətli Mari-Turner,

Mən ADU-nun Fransız dili və mədəniyyəti mərkəzinin baş mütəxəssisi  və Fransaşünaslıq ixtisası üzrə müxtəlif fənləri tədris edən bir müəllim kimi sizə Universitetimizin fransızdilli əməkdaşları və tələbələri adından müraciət edirəm.  2 il bundan qabaq bizim universitetimizdə olarkən gördüyünüz kimi işimin əsasını fransız dilini və mədəniyyətini təbliğ etmək təşkil edir. Biz Fransaya dair müxtəlif mədəniyyət tədbirləri təşkil edirik. Həm tədris, həm də ictimai fəaliyyətim zamanı Fransanı tolerant, qərəzsiz bir ölkə kimi təqdim edir, onu tələbələrimizə ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi Dağlıq Qarabağ problemində ədalətli mövqe tutan bir ölkə kimi tanıdırdım. Lakin hazırki dövrə Azərbaycan ordusunun öz torpaqlarını azad etmək uğrunda mübarizəsində Fransa prezidenti Emmanuel Makronun haqsız olaraq Ermənistanı dəstəkləməsi və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi bizi çox məyus etdi. Nəzərə çatdırım ki, cənab Makron bu ittihamları şayələr və dezinformasiyaların yayıldığı mətbuat materiallarına uyğun irəli sürür. Halbuki Fransa xüsusi xidmət orqanları dünyanın ən güclü kəşfiyyat orqanları sıralarındadır. Prezident İlham Əliyev dəfələrlə E. Makrondan irəli sürülən ittihamlara dair sübutlar istəsə də, qarşı tərəf bir dənə də olsun sübut təqdim etməmişdir. 

Hesab edirəm ki, ölkəmizin 20% ərazisinin 30 ilə yaxın  Ermənistan tərəfindən işğal altında olunduğundan xəbərdar deyilsiniz. Bu işğal nəticəsində, azərbaycanlılar öz doğma torpaqlarından didərgin salınıb və evləri darmadağın edilib. Bu illər ərzində erməni ordusu mütəmadi olaraq Ermənistan-Azərbaycan sərhəddinin müxtəlif istiqamətlərində hərbi təxribatlar törədiblər. Bu ilin iyul ayında və eləcə də, sentyabrın 27-dən hərbi təxribatlara başlayan tərəf də Ermənistan olub. Ermənistanın ölkəmizin mülki yaşayış məskənlərini, dinc əhalisini hədəfə alır. Bu hücumlar nəticəsində 30-dan çox dinc sakinimiz həlak olmuş 140-dan çoxu isə yaralanmışdır. Öz qocalarını, qadınlarını və uşaqlarını qorumaq naminə Azərbaycan əks-hücum əməliyyatlarına başlayaraq, işğal altında olan torpaqların nəzərəçarpan hissəsini işğalçılardan azad etmişdir. Nəzərinizə çatdırım ki, Azərbaycanın həyata keçirtdiyi əks-hücum əməliyyatları nəticəsində bir Azərbaycan əsgərinin ayağı belə Ermənistan torpağına dəyməyib. Biz öz ərazimizdə savaşırıq. Bizim əsgərlər bizim işğal edilmiş ərazilərdə irəliləyirlər, qaçqın və məcburi köçkünlərimizin öz ata yurduna qayıtması üçün savaşırlar. İşğal altında qalan və sonradan azad edilən evə, yurda qayıdan azərbaycanlıların sevincini sizə heç cür çatdıra bilmərəm. Bunun üçün siz gəlib, bunu öz gözlərinizlə görüb, duymalısız. Biz öz qaçqınlarımızı azad edilmiş ərazilərə qaytarmaqla oradan erməniləri qovmağı düşünmürük. Prezidentimiz dəfələrlə bəyan etdiyi kimi Azərbaycanın qanunlarına hörmət edən hər bir Qarabağın erməni əsilli sakini bizim Vətəndaşdır! Biz ermənilərlə sülh içində, dinc birgə yaşaya bilərik. Amma bunun üçün Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrə uyğun öz işğalçı qoşunlarını çıxartmalı, Azərbaycanın ərazi bütövlüyünü isə tanımalıdır.

Fransa prezidentinin və Fransız mediasının bütün bu həqiqətləri görmək istəməməsi və haqsız tərəfin dezinformasıyasına inanaraq onları dəstəkləməsinə çox təəssüflənirik. Sizin ölkənizi və siyasi xadimlərinizi bu məsələdə ədalətli olmağa və haqqın tərəfini tutmağa çağırırıq. Şəxsən sizin bu məsələyə vicdanla və ədalətlə münasibət bildirəcəyinizə isə sadəcə əminik.

Hörmətlə

Günay Məmmədova ADU-nun Fransız dili və mədəniyyəti mərkəzinin baş mütəxəssisi,

Regionşünaslıq kafedrasının müəllimi