QARABAĞ HƏQİQƏTLƏRİ

ADU-nun rektoru İsrail səfirinə təşəkkür məktubu göndərib

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikə Qarabağ həqiqətləri haqqında məktub göndərib və çətin dönəmdə Azərbaycanın yanında olduğuna görə dövlətimiz adından ona təşəkkür edib. Həmin məktubu Azərbaycan və İvrit dillərində təqdim edirik. 

"Hörmətli

Cənab Corc Dik

İsrailin fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası

Salam səfir Dik! 

Bildiyimiz kimi, bu gün bütün dünyanın diqqəti Azərbaycandadır. Belə ki, 30 ildən artıqdır ki Azərbaycan dövləti öz tarixi torpaqları uğrunda erməni işğalçıları ilə mübarizə aparır. Torpaqlarımızın 20% -i  işğal olunmuş,bir milyondan artıq insan öz tarixi yurdlarından didərgin düşmüşdür. 1994-cü ildən Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında sazişin bağlanmasına baxmayaraq, Ermənistan tərəfi mütəmadi olaraq bu rejimi pozmuş, 27.09.2020-ci il tarixindən növbəti hərbi təxribata əl atmışdır. Buna cavab olaraq Azərbaycan ordusu hücum əməliyyatına başlamışdır.

Bu gün Azərbaycan xalqı  vətən müharibəsi aparmaqla öz tarixi torpaqlarını geri qaytarır. Azərbaycanın haqq işində bir sıra dövlətlər onu dəstəklədiyini açıq şəkildə bəyan etmişlər. İsrail bu gün azərbaycanın yanında olan  dövlətlərdəndir.

İki dövlət arasında olan əlaqələr tarixi köklərə əsaslanır. Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması özünü bu cəmiyyətinin ayrılmaz tərkib hissəsi hesab etmişdir. Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli milli qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir.

 Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Siyasi əlaqələrin möhkəmliyi ilə yanaşı, İsrail və Azərbaycan xalqları arasında yaranan sıx dostluq əlaqələri də bu tərəfdaşlığın əhəmiyyətini artırır.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu çətin dönəmdə yanımızda olduğunuza görə dövlətimiz adından sizə təşəkkür edirik.

Hörmətlə,

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla

* * * 

לכבוד

מר ג'ורג'  דיק

שגריר מיוחד ומוסמך של ישראל

לרפובליקה של אזרבייג'אן

 שלום השגריר דיק

כידוע, היום תשומת הלב של העולם הוא באזרבייג'אן. במשך יותר מ -30 שנה מדינת אזרבייג'אן נלחמת על אדמותיה ההיסטוריות עם הכובשים הארמנים. 20% משטחינו נכבשו, יותר ממיליון בני אדם נאלצו לעזוב את אדמותיהם ההיסטוריות. למרות הסכם הפסקת אש בין ארמניה לאזרבייג'אן בשנת 1994, הצד הארמני הפר באופן קבוע הסכם זה, ומ- 27 בספטמבר 2020 הכוחות המזוינים של ארמניה הפגיזו באופן  אינטנסיבי עמדות צבא אזרבייג'אן לאורך כל קו החזית, וכן הישובים שנמצאים באזור קו החזית. בתגובה, צבא אזרבייג'אן פתח במבצע התקפי

כיום העם האזרבייג'אני, המנהל מלחמה, מחזיר את אדמותיו ההיסטוריות. עם עמדה כה הוגנת של אזרבייג'אן, מספר מדינות הכריזו על תמיכתן. כיום ישראל היא אחת מהמדינות  שליד אזרבייג'אן

ליחסים בין שתי המדינות יש שורשים היסטוריים. במשך מאות שנים, הקהילה היהודית באזרבייג'אן ראתה עצמה כחלק בלתי נפרד מחברה זו. לא במקרה גיבורנו הלאומי ממוצא יהודי, אלברט אגארונוב, הוא אחד הגיבורים הראשונים שמת במלחמת קרבאך.עמי אזרבייג'אן וישראל תמיד הצליחו להראות לעולם דוגמה לדו-קיום המבוסס על הבנה הדדית וסובלנות בתקופות קשות של ההיסטוריה. לצד חיזוק הקשרים הפוליטיים, יחסי ידידות הדוקים בין עמי ישראל לאזרבייג'אן גם מגבירים את חשיבותה של השותפות הזו.אנחנו מאמינים שפיתוח יחסי ידידות ושיתוף פעולה בין אזרבייג'אן וישראל ימשיך לשרת את האינטרסים של עמינו.בשם מדינתנו אנחנו מודים לך על היותך איתנו בתקופה קשה זו

בכבוד רב

רקטור של האוניברסיטה לשפות קמאל אבדוללה