ADU haqqında

Avstriya mərkəzi

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Avstriya Mərkəzi 2 şöbədən ibarətdir:

 

1. OeAD – Avstriya Mübadilə Xidməti

26.05.2015-ci il tarixində Azərbaycan Dillər Universiteti və OeAD-Avstriya Mübadilə Xidməti arasında imzalanmış müqaviləyə əsasən ADU-nun nəzdində rəsmi olaraq Avstriya Mübadilə Xidmətinin Bakı informasiya mərkəzi fəaliyyətə başladı.

beynəlxalq əməkdaşlıq üzrə Avstriyanın ən böyük təşkilatı hesab olunan Avstriya Mübadilə Xidməti (OeAD) 1961-ci ildə Avstriya universitetlərinin birgə qərarı əsasında yaranmışdır. 2000-ci ildən isə onun fəaliyyət dairəsinə yalnız universitetlər deyil, həmçinin digər ali və orta məktəblər daxil olmuşdur. O, Avstriyanın təhsil və elmi potensialının inkişaf etməsində əvəzolunmaz rol oynayır və ölkəsinin təhsil sistemini dünya miqyasında təmsil edir. Təşkilatın əsas məqsədi elm və təhsil sahəsində mübadilələrin aparılması, elmi və mədəni əməkdaşlıqların və inteqrasiya proseslərinin  beynəlxalq səviyyədə dəstəklənməsidir. OeAD Avropa Birliyinin elm və mədəniyyət sahəsi üzrə komissiyasının baş direktoru, eləcə də beynəlxalq və milli təşkilatlar, nazirliklər və elm və tədris müəssisələri ilə sıx əlaqədə işləyərək geniş əhatəli təqaüdlər təklif edir.

OeAD-ın Bakı mərkəzinin öhdəlikləri:

  • Azərbaycan və Avstriya arasında tələbə mübadiləsinin inkişafı üçün Avstriya təhsil və təqaüd proqramları haqqında mütəmadi məsləhətləşmələr;
  • Birgə layihələrin həyata keçirilməsi ilə bağlı digər Avstriya nümayəndəlikləri (xüsusən də Bakıda yerləşən Avstriya səfirliyi, Avstriya İqtisadiyyat Palatasının Bakıdakı nümayəndəliyi, Avstriya kitabxanası ilə), eləcə də mədəniyyət və təhsil sahəsində fəaliyyət göstərən vasitəçi Azərbaycan təşkilatları ilə əlaqələrin yaradılması;
  • OeAD-GmbH-nın rəsmi təmsilçisi kimi Avstriya nümayəndəliklərinə Azərbaycanda göstəriləcək xidmətlərin təşkili (qalma yerlərinin və səfər çərçivəsində nazirliklər, dövlət qurumları və ali məktəblərlə keçiriləcək görüş proqramlarının təşkili);
  • Avstriya kitabxanası ilə birgə Azərbaycan universitetlərində sərgilərin, mühazirələrin, film və musiqi tədbirlərinin, eləcə də Azərbaycanda keçirilə biləcək elmi konfransların və simpoziumların təşkili.

 

2. ÖSD imtahan mərkəzi

ÖSD imtahan mərkəzi 17.03.2016 tarixində Azərbaycan Dillər Universiteti və ÖSD-MMC arasında imzalanmış müqavilə əsasən universitetimizin nəzdində rəsmi olaraq fəaliyyətə başlayıb. ÖSD (Österreichisches Sprachdiplom) – alman dilinin bütün səviyyələri üzrə Avstriya Dil Sertifikatı təqdim edən imtahan mərkəzi kimi bütün dünyada tanınır və bu sertifikatlar Avstriya, Almaniya elecə də İsveçrə dövlətləri tərəfindən rəsmi olaraq əmək bazarında, ali təhsil məktəblərində, digər tədris müəssisələrində, eləcə də yaşayış hüququ aldıqda keçərli hesab olunur. ÖSD imtahanları Ümumavropa dil çərçivəsi proqramına (CEFR) əsasən keçirilir. ÖSD-Bakı imtahan mərkəzində ildə 4 dəfə alman dilinin A1-C1 səviyyələri üzrə imtahanlar keçirilir.

 

Baş mütəxəssis: Əliyeva Səfa Arif qızı

Ünvan: Bakı şəh., Rəşid Behbudov küç. 134, ADU, İnformasiya Resurs Kompleksi

E-mail: [email protected]

Facebook:https://www.facebook.com/groups/OeAD.Baku/about/

 

Avstriya kitabxanası

 

Hazırda 57 ölkədə Avstriya kitabxanası fəaliyyət göstərir. Azərbaycan Dillər Universiteti (ADU) ilə Avstriyanın ölkəmizdəki səfirliyi arasında bağlanan müqaviləyə əsasən 23 iyun 2010-cu ildə Bakıda Avstriya kitabxanasının açılışı olub. Açılış zamanı Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer Kaybiç çıxışında “Avstriya özünün böyük mədəniyyətinin təbliği ilə məşğuldur. Bu kitabxananın açılışı iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək”-demişdir. Kitabxananınfondu 3000 kitabdan ibarətdir.

Avstriya kitabxanası açıldığı ildən etibarən Bakıdakı Avstriya səfirliyi tərəfindən böyük maliyyə dəstəyi alır. Hər il kitabxananın fondu Avstriya Xarici İşlər Nazirliyi tərəfindən ödənilən yeni kitablarla zənginləşir. Eyni zamanda kitabxana əməkdaşları ildə bir dəfəVyanada dörd həftəlik təcrübə keçir.

Avstriya kitabxanası ADU-da fəaliyyət göstərən Beynəlxalq Əlaqələr Departamentinə tabedir. Avstriya kitabxanasının elmi rəhbəri dosent Vilayət Hacıyevdir.

Fəaliyyəti:

OeAD tələbə mübadilə proqramı əsasında ADU-ya hər il Avstriya universitetlərinin məzunları öz təcrübələrini keçmək üçün göndərilirlər. Kitabxanada avstriyalı təcrübəçilər tərəfindən alman dili danışıq klubu keçirilir, film nümayişləri və kitab təqdimatları təşkil olunur. Bundan əlavə təcrübəçilər ADU-nun müxtəlif fakültələrində həftədə 2-4 saat Alman dili və ya ölkəşünaslıq fənnini tədris edirlər.

Avstriya kitabxanasına üzvlük şərtləri:

Hazırda kitabxananın oxucularının sayı 700 nəfərə yaxındır. 

Avstriya kitabxanasında alman dilində ədəbiyyata, tarixə, fəlsəfəyəyə, siyasətə, mədəniyyətə və incəsənətə aid  kitablar, bundan əlavə dvd-disklər, qəzetlər və jurnallar mövcuddur.  Alman dilinə marağı olan hər bir kəs bu kitabxanadan istifadə edə bilər.  Bunun üçün mərkəzə üzv olub oxucu bileti əldə etmək lazımdır. Mərkəzdə olan kitablar şəxsiyyət vəsiqəsi ilə 1 ay müddətinə verilir.

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti
  • 3×4 ölçüdə iki ədəd fotoşəkil
     

 

Avstriya kitabxanasının əməkdaşları:

Qurbanova Şəhla ([email protected])

Quliyeva Xəyalə

Tel: (+99412) 441-58-60

www.facebook/oesterreichbibliothek