ADU haqqında

Alman oxu zalı

Alman oxu zalı 1998-ci ildə Azərbaycan Dillər Universiteti və Almaniya Höte İnstitutunun birgə əməkdaşlığı ilə yaranmışdır. Hal–hazırda Alman oxu zalı Gürcüstan Höte İnstitutu tərəfindən dəstəklənir. Mərkəzimiz ilk öncə bir kitabxana funksiyası daşıyır və buranın ümumi fondu hal–hazırda 4630-dir və bu fonda almanca nəşr olunan kitablar, CD-lər, DVD-lər daxildir. Eyni zamanda oxu zalımız Almaniyada aktual olan 6 qəzet və jurnala abunədi və hər ay biz bu qəzet və jurnalları poçt vasitəsilə əldə edirik.

Alman oxu zalı eyni zamanda “Hueber”, “Cornelsen”, “Klett-Langenscheidt” kimi məhşur nəşriyyat evləri və “Pieper-media” online kitab maqazini ilə əməkdaşlıq edir və hər il Höte İnstitutunun bizə təqdim etdiyi büdcə əsasında onlayn sifarişlər həyata keçirir, mərkəzimizin fondunu zənginləşdirilir. Alman oxu zalı universitetimizdə yerləşən 2 mərkəzdən biridi, hansı ki, “Library Thing” səhifəsində online kataloqa sahibdi (http://www.librarything.de/profile/lsbaku). Sifarişlərimiz çatdiqdan sonra onların qeydiyyatı aparılır və Alman oxu zalının onlayn kataloquna əlavə edilir.

Eyni zamanda biz Alman oxu zalı olaraq digər alman kitabxanalarının, alman dilli materialların onlayn şəkildə istifadəsini də oxucularımız üçün təklif edirik. Bununla əlaqədar hətta 2015-ci ildə Höte İnstitutu tərəfindən “Onleihe” proyekti azərbaycanlı oxucular üçün də təqdim edildi və buna aid oxu zalımızda tədbir keçirildi, proyektə aid olan bukletlər Azərbaycan dilinə tərcümə edilərək çap olundu.

Oxu zalımız yalnız kitabxana funksiyası daşımır. Belə ki, hər yeni dərs ilindən etibarən hər həftə oxu zalında alman mütəxəssisləri ilə birgə danışıq saatları keçirilir, qarşılıqlı fikir mübadilələri aparılır. Bundan əlavə DAAD Bakı,  Gürcüstan Höte  İnstitutu, Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi ilə birgə oxu zalında müxtəlif mövzulu tədbirlər, muəllimlər üçün təkmilləşdirmə kursları, seminarlar təşkil olunur. Universitetdə alman dilinin tərcüməsi, alman dili filologiya və Almaniyaşünaslıq fakültələri fəaliyyət göstərdiyindən, mərkəzin yaranması bu işdə universitetin tələbə və müəllim heyətinə öz töhfəsini vermişdir. Universitetin müəllim heyəti mərkəzlə sıx əlaqədədir. Elmi iş və yaxud məqalə yazan müəllimlər mərkəzin fondundan istifadə edirlər. Eləcə də, alman dilinin xarici dil kimi tədrisi ilə bağlı materialları müəllimlər burda əldə edirlər. Alman oxu zalının hal –hazırda 2315 üzvü var(Bura aktiv, eyni zamanda qeyri-aktiv üzvlərimiz daxildir).Oxu zalından yalnız  ADU- nun tələbələri deyil, eyni zamanda Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan  Dövlət Neft və Sənaye Universiteti, İqtisad Universiteti və s. kimi təhsil ocaqlarından da kifayət qədər oxucu kütləsi mərkəzə üzv olmuş və maksimal dərəcədə yararlanmağa çalışırlar. Həmçinin, Azərbaycan Elmlər Akademiyasından da gənc tədqiqatçılar tez–tez mərkəzə üz tuturlar. Mərkəzimiz eyni vaxtda 30 nəfərə xidmət edə bilər.

Alman oxu zalında qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:

* 1 ədəd rəngli şəkil

* şəxsiyyəti təsdiq edən sənəd

Qeyd: Kitablar evə 1 aylıq verilir.

Qəzetlər, jurnal, DVD və CDlər evə 14 günlüyə verilir.

Sorğu kitabçaları-lüğətlər, ensiklopediyalar isə yalnız oxu zalında istifadə    üçün  nəzərdə tutulub evə verilmir.

                        

Alman oxu zalının əməkdaşları 

Atakişiyeva Mətanət Sərvaz qızı –Baş mütəxəsis

Mustafayeva Lamiyə Məzahir qızı – Baş mütəxəsis

                      

Alman oxu zalı ilı əlaqə:​

Bazar-Cümə 09:00-18:00

Tel: (+99412) 564-22-46

E-Mail: [email protected]

Facebook: Deutscher Lesesaal Baku-Alman oxu zalı

DE - Deutscher Lesesaal Baku