ADU haqqında

“Tomas Eliot-Seçilmiş əsərləri”

Dosent Vahid Salman oğlu Ərəbov

“Tomas Eliot – Seçilmiş əsərləri”

Tomas Eliot 1888-ci ildə sentyabrın 26-da ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində doğulmuşdur. Tomas Störnz Eliot XX əsr ingilis-amerikan modernist ədəbiyyatının görkəmli şairi və ədəbi təndqidçisidir. Həm amerikalılar, həm də ingilislər onu özlərinin şairi hesab edirlər. T.Eliot modernizmi dünyanın şəxsi və emosional qavramından imtina prinsipinə həmişə sadiq qalmış, sənətdə individualizmi qəbul etməmiş, formalizmin nəzəri əsaslarını yaratmışdır. Hay
Kenner Eliotu ədəbiyyatda və tənqid sahəsində ən istedadlı şair adlandırırdı.

Kitabda Eliotun “C.Alfred Prufrokun məhəbbət nəğməzi” adlı ilk şeirləri, “Qocalıq”, “İstifadəsiz torpaq”, “İçiboş adamlar”, “Qoca Possumun təcrübi pişikləri”, “Dörd rüb” də daxil olmaqla şeirlər və poemalardan ibarət bir neçə məşhur əsərləri, həmçinin onun dram əsəri, xüsusilə də “Kilsədə qətl”, “Kokteyl qonaqlığı” pyesləri daxil edilmişdir. Eliot 1948-ci ildə ədəbi fəaliyyətinə görə Nobel mükafatı və “Şərəf” ordeni ilə təltif edilmişdir.

Tomas Eliot 1965-ci ildə yanvarın 4-də Londonda emfizem xəstəliyindən vəfat etmişdir. Onun cəsədi Soldiers Green krematoriyasında yandırılmışdır. Özünün xahişi ilə külünün aparıldığı İst-Koker kəndindəki lövhədə onu xatırladan aşağıdakı misralar yazılmışdır: “Mənim başlanğıcım mənim sonumdur, mənim sonum mənim başlanğıcımdır”.