ADU haqqında

ADU-da "Ulu öndər Heydər Əliyevin dil siyasəti" mövzusunda tədbir keçirilib

Mayın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrası, Azərbaycanşünaslıq mərkəzi və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ulu öndər Heydər Əliyevin dil siyasəti" mövzusunda tədbir keçirilib.

 Azərbaycan dilçiliyi kafedrasının müdiri dosent Fǝrǝh Niftǝliyeva Ümumilli lider Heydər Əliyevin uğurlu dil siyasətindən danışıb.

Azərbaycan dilçiliyi kafedrasının müəllimi Şəhla Əliyeva "Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsi" mövzusunda, həmçinin Magistratura şöbəsinin Azərbaycan dili ixtisası üzrə magistranti Nigar Vahablı "XX əsr Azərbaycan natiqliyində H. Əliyevin rolu”, Azərbaycan dilçiliyi kafedrasının müəllimi Esmira Məmmədova "Heydər Əliyev və Azərbaycanda multikulturalizm" mövzularında çıxış ediblər.

Filologiya fakültəsinin dekanı professor Şahin Xəlilli və professor Adil Babayev çıxışlarında Heydər Əliyevin dil siyasəti ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbir Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı videoçarxla sona çatıb.