ADU haqqında

ADU-da "Heydər Əliyev və Təhsil" mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) İspan dili Mərkəzinin təşkilatçılığı ilə Tərcümə fakültəsi İspan dili ixtisası üzrə təhsil alan tələbələrlə birgə "Heydər Əliyev və Təhsil" mövzusunda dəyirmi masa keçirilib.

Görüş zamanı tələbələrin Ümummilli lider Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlardan və Azərbaycan təhsilinə verdiyi töhfələrdən bəhs edən təqdimatları olub.

Tələbələr həmçinin İspandilli ölkə Nikaraguadan olan qonaq Karlos Miqel Mayoganın Azərbaycanın müasir təhsil sistemi haqqında verdiyi sualları cavablandırıb.