ADU haqqında

ADU-da “Heydər Əliyev və Tolerantlıq” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Tolerantlıq” mövzusunda dəyirmi masa keçirilib.

 Öncə Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dos. Günay Şirəliyeva qonaqları salamlayıb, mövzu ilə bağlı fikirlərini bildirib.     

Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Aygül Eyyubovanın rəhbərliyi ilə II kurs magistrantları mövzu ilə əlaqəli çıxış edib, şeir söyləyiblər.

Tələbələr-  Günel Məmmədova və Aytac Musayeva  “Heydər Əliyevin həyat yolu”, Şəkər Hüseynova “Tolerantlıq, Heydər Əliyevin başçılığı altında”, Hafizə Hacızadə “Multikulturalizm və tolerantlıq”, Nigar Süleymanova “Heydər Əliyev və türk dövlətləri ilə əlaqə” mövzusunda çıxış ediblər.

Dəyirmi masada rektor məsləhətçisi i.f.d. Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, Magistratura şöbəsinin müdiri dos. Firuzə Rzayeva iştirak ediblər.

Rektorun məsləhətçisi i.f.d. Anar Osmanlı, Təhsil-1 fakültəsi dekanı prof. Fikrət Cahangirov, Magistratura şöbəsinin müdiri dos. Firuzə Rzayeva və XDTM kafedrası müdiri dos. Günay Şirəliyeva mövzu ilə bağlı fikirlərini bölüşüb, magistrantlara  təşəkkürlərini bildiriblər.