ADU haqqında

ADU-da " HEYDAR ALİYEV AND AZERBAİJANİ YOUTH" adlı debat keçirilib

May 1-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil - 1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı 1 kafedrasının əməkdaşı dos. Mehriban Təhməzovanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "HEYDAR ALİYEV and AZERBAİJANİ YOUTH" ("HEYDƏR ƏLİYEV və AZƏRBAYCAN GƏNCLİYİ" mövzusuna həsr olunmuş debat keçirilib.

 Debat  202-ci qrup tələbələrinin ingilis dilində hazırladığı təqdimatlar əsasında tərtib edilib.

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərindən, həmçinin Heydər Əliyev və gənclər siyasəti, onun gənclərə göstərdiyi diqqət və qayğı haqqında danışılıb və tələbələr tərəfindən layihə əsaslı qrup işi kimi təqdim olunub.

Tələbələr tərəfindən dahi şairimiz S. Vurğunun "Azərbaycan" şeiri İngilis dilində səsləndirilib,  "Odlar yurdum Azərbaycan" mahnısı ifa olunub.

Debatda universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı professor Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri dosent Kifayət Hacıyeva və kafedra əməkdaşları- b.m. Niga Bəşirova r, f.f.d.b.m. Nigar Bağırova, dos. Lalə Əsədova, b.m. Gülbanu Bəşirova və digərləri, o cümlədən, magistratura şöbəsi və magistrantlar iştirak ediblər.

Universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı professor Fikrət Cahangirov, kafedra müdiri dosent Kifayat Hacıyeva, kafedra əməkdaşları və digər iştirakçılar debatla bağlı  fikirlərini bölüşüb, təşkilatçılara və iştirakçılara təşəkkürlərini bildiriblər.