ADU haqqında

ADU-da “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda bilik yarışması keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər kafedrasının müdiri prof. Aida Yusifzadə,  kafefdranın müəllimləri- Leyla Rüstəmli, Aytən Ramazanova, Lamiyyə Namazova və Fatimə Güləmirlinin birgə iştirakı ilə  “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda bilik yarışması keçirilib.

Yarışmanın sonunda xüsusi fəallıq göstərən 3 nəfər tələbə mükafatlandırılıb.

Birinci yerə Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan 189-cu qrup tələbəsi Həsən Kərimov layiq görülüb.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən keçirilən yarışma iştirakçıların xüsusi marağına səbəb olub.