ADU haqqında

ADU-da Ulu öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş esse yazı müsabiqəsi keçirilib

   Azərbaycan Dillər Universitetinində Təhsil -1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrası və AD-nun Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə tələbələr arasında, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş esse yazı müsabiqəsi keçirilib.

  Müsabiqədə bütün kurslar üzrə ingilis dilli tələbələr iştirak ediblər. Müsabiqənin şərtlərinə əsasən, qaliblərə mükafatlar veriləcək.

  Münsiflər heyəti qismində universitetin rektor məsləhətçisi Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, ADU-nun Həmkarlar Təşkilatının sədri Misgər Məmmədov, kafedra müdiri dos. Kifayət Hacıyeva, kafedra əməkdaşları – f.f.d. Ülviyyə Əhmədova, b/m Mülayim  Bağırova və b/m Kəmalə Dünyamalıyeva iştirak ediblər.