ADU haqqında

ADU-nun tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimi Lalə Məlikova 142 b qrupunun tələbələri ilə birgə  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

 Ekskursiya çərçivəsində tələbələr Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Həmçinin onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.