ADU haqqında

ADU-da “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda nümunəvi dərs keçirilib

Azərbaycan Dillər Universitetində (ADU)  Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasında yaradılmış “ Beynəlxalq danışıq ” klubu çərçivəsində, kafedra müdiri, f.e.d., dos. Nərgiz Seyidova və dos. Səyanə Bağırovanın rəhbərliyi ilə Mərkəzi və Şərqi Avropaşünaslıq ixtisası üzrə təhsil alan qrup tələbələrinə, “ Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda nümunəvi dərs keçirilib.

Dərsdə qrupun tələbələri Azərbaycan tarixinin Heydər Əliyev dönəmində əldə olunmuş nailiyyətlər, demokratik hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsi barədə məlumat veriblər.

Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var.  Lakin bizim ən böyük sərvətimiz Heydər Əliyev siyasi irsidir. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir. Azərbaycan xalqı Ulu öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Çıxışlar zamanı video çarxlar da nümayiş olunub.