ADU-da “Sən elə bir dahisən” mövzusunda nümunəvi dərs keçirilib

Aprelin 13-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil- 1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı- 1 kafedrasının əməkdaşı, b/m. Mülayim Bağırovanın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Sən elə bir dahisən” mövzusunda nümunəvi dərsi keçirilib.
İngilis dili KİV-də fənni üzrə “Sən elə bir dahisən” mövzusunda keçirilən dərs, 208 A/B qrup tələbələrinin ingilis dilində hazırladığı eyni adlı sənədli filmin nümayişi əsasında tərtib edilib.
Filmin Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif mərhələlərindən, həmçinin Heydər Əliyev və gənclər siyasətindən, milli mədəniyyətə və milli mətbuata qayğısından bəhs edən bölmələri tələbələr tərəfindən layihə əsaslı qrup işi kimi təqdim olunub.
Filmin təqdimatından sonra dərs planına uyğun olaraq, tələbə nailiyyətlərinin müzakirəsi keçirilib.
Nümunəvi dərsdə universitetin Rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı, professor Fikrət Cahangirov, Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova, İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri dosent Kifayət Hacıyeva, kafedranın digər əməkdaşları, doktorantlar və kafedrada təcrübə keçən II kurs magistr tələbələri iştirak ediblər.
Sənədli filmin nümayişindən sonra fakültə dekanı, professor Fikrət Cahangirov, kafedra müdiri, dos. Nigar Zeynalova, kafedra müdiri, dosent Kifayət Hacıyeva dərsin təhlili ilə bağlı fikirlərini bölüşüblər.