ADU haqqında

ADU-da "Heydər Əliyev irsi" mövzusunda açıq dərs keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil -2 fakültəsi nəzdində Linqvokultrologiya kafedrasının təşkilatçılığı ilə "Heydər Əliyev irsi" mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə Linqvokultrologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva Ulu Öndərin keçdiyi böyük, mənalı və şərəfli həyat yolunun zaman və məkan anlayışına sığmadığını, Ümummilli liderin xarakterində doğma xalqına bağlılıq və təəssübkeşliyin hələ gənc yaşlardan özünü göstərdiyini  bildirib.

Professor M. Qazıyeva qeyd edib ki, Heydər Əliyevin dövlətçilik konsepsiyasında  ədalət, qanunçuluq prinsiplərinə hər zaman üstünlük verilib. Məhz bu keyfiyyətlərə görə Ulu Öndər irsi hər zaman yaşayacaqdır.

Açıq dərs tələbələrin təqdimatları ilə yekunlaşıb.