ADU haqqında

ADU-nun müəllim və tələbələri Ulu öndər Heydər Əliyevin anım tədbirində iştirak edib

Martın 2-də ADU-nun Beynəlxalq  Münasibətlər və  regionşünaslıq  fakültəsinin dekan müavini, b/m  Asif Abbasov, I kursların tyutoru M.Qurbanova və Regionşünaslıq kafedrasının müdiri Prof.S.Əliyeva, bm, t.ü.f.d. T.Quluzadə, b/m t.ü.f.d. N.Əsgərova, p.ü.f.d. G.Məmmədova, bm B.Abdulla, bm B.Kərimova bm Ş.Əbdürrəhimova, müəllimlər M.Tajdehibonab, Ü.Hüseynova,  A.Soltanzadə, Magistratura şöbəsinin pedaqoji təcrübə keçən magistrantları Fəxrim Səfərov, Kənan Mustafayev, Elvin Qafarov və Tovuz Əliyeva və 86 tələbə Ümummilli lider Heydər Əliyevin anım tədbirində iştirak edib. 
 
Prof.S.Əliyeva Heydər Əliyevin böyük layihələrindən, Azərbaycan Respublikasının iqtisadiyyatı, mədəniyyəti və xarici siyasəti sahəsində oynadığı əvəzsiz rolundan danışıb. 
 
O qeyd edib ki, Azərbaycan xalqı var olduğu qədər Ulu Öndərin öz dövləti, öz xalqı üçün etdiklərini unutmayacaq, Heydər Əliyevin adını daim yaşadacaq, Azərbaycan dövlətinin adını daim ucaldacaqlar. 
 
Tədbir iştirakçıları Ulu öndərin  heykəli önünə gül qoyaraq öz ehtiramlarını bildiriblər.