ADU haqqında

ADU-da “Heydər Əliyev və liderlik” mövzusunda açıq dərs keçirilib

Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə 366 -cı qrup tələbələrinə “Heydər Əliyev və liderlik” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə Regionşünaslıq kafedrasının müdiri Professor Sevdagül Əliyeva  Heydər Əliyevin  Azərbaycan xalqının milli dəyərlərinin, müstəqilliyinin qorunması, uğurlu xarici siyasət aparılması,  xalqın  gələcək inkişafını təmin etməsi kimi keyfiyyətləri haqqında danışıb. S. Əliyeva həmçinin Ulu öndərin uzaqgörən, müdrik  liderlik keyfiyyətləri sayəsində Azərbaycan dövlətinin Cənubi Qafqazda aparıcı dövlətə çevrilməsi haqqında da məlumat verib.

Magistraturanın  II kurs tələbəsi  Tovuz Əliyeva Heydər Əliyevin xalqın sevimli lideri kimi yadda qalmasından danışıb.  O, qeyd edib ki,  H. Əliyev bütün görüşlərində yerində, uyğun şəkildə çıxış edərək dəyərli fikirlər söyləmiş, Azərbaycan dövlətinin gələcək inkişafını təmin edəcək uğurlu layihələr başlatmışdı.

 Dərs tələbələrin müzakirələri ilə davam edib.