ADU haqqında

ADU-da "Heydər Əliyev və nitq mədəniyyəti" adlı açıq dərs keçirilib

Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva tərəfindən Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə təhsil alan  165 A/B qruplarına "Heydər Əliyev və nitq mədəniyyəti" adlı açıq dərs keçirilib.

Dərs zamanı S. Əliyeva  gənclərin şəxsiyyət olaraq, gələcəkdə öz ixtisaslarının peşəkarı kimi formalaşmasında nitq mədəniyyətinin əhəmiyyətindən söz açıb. Sonra isə Azərbaycan dilinin inkişaf edib bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib.

 Ulu öndər Heydər Əliyevin böyük siyasi lider olmaqla yanaşı, natiqlik məharətindən danışan S.Əliyeva, tələbələrə Ulu öndərin çıxışlarını dinləməyi, səslis və axıcı nitqini özlərinə örnək götürməyi tövsiyyə edib.