ADU haqqında

ADU-da “Heydər Əliyev və Azərbaycan təhsili” adlı dərs keçirilib

Azərbaycan Dillər Universitetində Təhsil-1 fakültəsi nəzdində Xarici Dillərin Tədrisi Metodikası kafedrasının dosenti, ped.f.d. Fəridə Şükürova tərəfindən “Heydər Əliyev ili” tədbirləri çərçivəsində adıçəkilən fakültənin 301A/B qrupunda “Heydər Əliyev və Azərbaycan təhsili” adlı dərs keçirilib.

Dərs Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Fəridə Şükürova Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğunu söyləyib. Sonra isə Ümummilli Liderin rəhbərliyi dövründə reallaşdırdığı təhsil siyasətindən söz açıb. O, Ulu Öndərin həm SSRİ dövründə, həm də müstəqillik dövründə təhsil sistemini xüsusi diqqətdə saxladığını müxtəlif fakt və şəkillərlə tələbələrin diqqətinə çatdırıb. Həmçinin Ümummilli Lider Heydər Əliyev özünün milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşmış, bu sahəyə diqqət və qayğısını həmişə ön plana çəkmiş olduğunu da qeyd edib.

Dərsdə iştirak edən Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, ped.f.d. dos. Günay Şirəliyeva müasir gənclərin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu təhsil siyasətini öz fəaliyyətlərində davam etməli olduqlarını vurğulayıb.