Şöbələr

Pedaqoji təcrübədə olan tələbələr tərəfindən ADU-nun tanıtımı olub

Azərbaycan Dillər universitetinin (ADU) Nizami rayon 214 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan IV kurs tələbələri və Təhsil -1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Aliyə Ağamirzəyevanın birgə təşkilatçılığı ilə həmin məktəbdə “Azərbaycan Dillər Universitetinin təqdimatı” başlığı altında universitetin tanıtımı olub.

Öncə Təhsil -1 fakültəsinin tələbəsi Rəvanə Mustafayeva (407B) açılış nitqi ilə çıxış edib.

Sonra Dövlət Himni səsləndirilib.

Tələbələr- Xədicə Məmişova, Fidan Məmmədova, Nərmin Hacızadə (407A), Pərvanə Hüseynova, Nigar Qurbanova, Bahar Nəhmətova (407B) ADU-nun yaranma tarixi, rektorları, Erasmus proqramı haqqında ətraflı məlumat veriblər.

Tələbəlik illərini əks etdirən video-çarx nümayiş olunub.

Bədii hissədə məktəbin 7a sinif şafirdlərinin iştirakı ilə “İxtisas seçimi” adlı səhnəcik nümayiş olunub.

Şagirdlər tərəfindən mahnılar ifa olunub, şeirlər səsləndirilib.

Tədbirin sonunda məktəbin direktoru Fəttah Fəttayev və Təhsil-1 fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Aliyə Ağamirzəyeva çıxış ediblər.