Şöbələr

Pedaqoji internatura və istehsalat təcrübəsi ilə bağlı iclas keçirilib

Azərbaycan Dillər Universiteti üzrə təcrübələrin (pedaqoji internatura və istehsalat) keçirilməsi, yekun hesabatların hazırlanması və qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın növbəti iclası keçirilib.

İclasda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübə keçmək qaydasındakı yeniliklər geniş müzakirə edilərək yekun hesabatların hazırlanmasına diqqət çəkilib.

Komissiya üzvlərindən universitetin Ümumi işlər üzrə prorektoru, dosent Vüqar Mehrabov, Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, Təhsil 1 fakültəsinin dekanı, professor  Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva, Təhsil 1 fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, dosent Günay Şirəliyeva, Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri, dosent Nəsir Xankişiyev, Tələbə qeydiyyatı və biliyin qiymətləndilirməsi şöbəsinin müdiri, filologya üzrə fəlsəfə doktoru Fatma Qurbanzadə və İnsan resursları şöbəsinin müdiri Məmməd ismayılov iclasda müzakirə olunan mövzular üzrə çıxış ediblər.

İclasda tələbələrin öz hesabatlarını müəyyən olunmuş mövzu və tapşırıqlar üzrə layihə formasında təqdim etmələri qərara alınıb.