ADU haqqında

Biliyin qiymətləndirilməsi şöbəsi

I. Tarixi

Tələbə şöbəsi 1964-cü ildən fəaliyyətə başlamışdır. 2006-cı ildə Tədris şöbəsinin tərkibində Qeydiyyat bölməsi kimi, 2016-cı ilin noyabrında  аpаrılаn struktur dəyişiklikləri nəticəsində  Biliyin Qiymətləndirilməsi və Monitorinq şöbəsi kimi, 2019-cu ilin noyabrından  Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsi kimi fəaliyyətini davam etdirmişdir.

2024-cü il yanvar ayından Biliyin qiymətləndirilməsi şöbəsi kimi fəaliyyətini davam etdirir.

II. Fəaliyyət istiqamətləri

Biliyin qiymətləndirilməsi şöbəsinin iş prinsipi Bolonya prosesinin tələblərinə cavab verən çevik kredit sistemini, Avropa Kredit Transfer Sisteminə (AKTS) istinad edərək ümumiləşmişdir.

Biliyin qiymətləndirilməsi şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Akademik transkriptlərin hazırlanması;
  2. Dövlət İmtahan Mərkəzinin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə məlumatların daxil edilməsi (şəxsi, hərəkət və məzun məlumatları);
  3. Akademik borcu olan tələbələrin təkrar tədrisə cəlb olunması ilə bağlı qeydiyyat;
  4. Əlavə tədrisin təşkil olunması ilə bağlı əmr layihələrinin hazırlanması;
  5. Yekun Buraxılış Dövlət Attestasiyasına buraxılan tələbələr, tələbələrə fərqlənmə və ya adi diplom verilməsi haqqında məlumatların hazırlanması;
  6. Bütün aspektlər üzrə tələbə məlumatlarının bazaya yerləşdirilməsi.
  7. Tədris proqramını yerinə yetirən tələbələrin Yekun Buraxılış Dövlət Attestasiyasına buraxılmaları haqqında müvafiq dekanlıqlara təqdimat göndərməsi.
  8. Fakültələrdən kurslar üzrə alınmış əmrlərin (daxili-xarici köçürülmə, xaric olunma, akademik məzuniyyət, soyadı, adı, ata adlarının dəyişdirilməsi, kursdan-kursa keçirilmə), illər üzrə universiteti bitirən bakalavr və magistratura  tələbələrinin. “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə məlumatların daxil edilməsi
  9. ADU-da dekanlıqlarla əməkdaşlıq şəraitində imtahan sessiyalarının və Dövlət Attestasiya Komissiyalarının işinin cədvəllərinin planlaşdırılması və tərtibi, Yekun Buraxılış İmtahanlarının təşkili və keçirilməsi;
  10. İmtahan biletlərinin kafedralanın fənn sillabuslarına uyğun formada tərtib edilməsi
  11. Qış, yaz imtahan sessiyalarının, yay məktəbinin təşkili və gedişinə nəzarət;
  12. İmtahan sessiya nəticələrinin ümumiləşdirilməsi, təhlili və müvafiq dekanlıqlara göndərilməsi;
  13. Fakültələr üzrə imtahandan qeyri-müvəffəq qiymət almış (kəsrli), imtahana buraxılmayan, üzrlü səbəblərdən imtahanlarda iştirak etməyən tələbələrin sayının təhlili
  14. İmtahan üzrə tələbələrin ən çox kəsildiyi fənlərin siyahısının çıxarılması, müvafiq kafedralara göndərilməsi və nəticələrin təhlili;
  15. ADU-da bakalavriat və magistratura səviyyələrində müəllim nailiyyətlərinin və tələbələrin (ÜOMG-nin) qiymətləndirilməsinin təşkili və həyata keçirilməsi.

 III. Əlaqə

Tel: (+99412) 441-22-78/79 (daxili 260)

Email: [email protected]

Ünvan: Rəşid Behbudov 134, ADU-nun əsas tədris binası, II mərtəbə

 

Biliyin qiymətləndirilməsi şöbəsinin müdiri

Əsədzadə İranə Elman