ADU haqqında

Ümumi şöbə

Universitet yarandığı gündən Ümumi şöbə (dəftərxana) fəaliyyət göstərir. Şöbə öz işində Azərbaycan Respublikasının Prezidentinin fərmanını, ali məktəb haqqında Əsasnaməni, Təhsil Nazirliyinin, həmçinin ali məktəb rəhbərinin əmrlərini, Sərəncamlarını və kargüzarlığın aparılmasına dair təlimatı rəhbər tutur.

Ümumi şöbəyə universitetin rektoruna bilavasitə tabe olan şöbə müdiri rəhbərlik edir. Ümumi şöbənin müdiri vəzifəyə universitetin rektoru tərəfindən təyin edilir və vəzifədən azad edilir.

Ümumi şöbə universitetə daxil olan və universitetdən göndərilən, həmçinin daxili sənədlərin vaxtında baxılması üçün universitetin rəhbərliyinə təqdim olunmasını, sənədlərin sənədləşdirilməsi və göndərilməsi, sənədlərin düzgün tərtib olunması və sənədləşməyə nəzarət, sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarət edir.

Ümumi şöbə vətəndaşların qəbul edilməsinin təşkilini təmin edir, hər kvartal təhlil aparılmaqla rəhbərlik üçün tapşırıqların icrasının gedişi barədə informasiya, tapşırıqların icra vəziyyəti barədə aylıq məlumat, arayışlar hazırlayır.

Kargüzarlığın bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirir, kargüzarlığı aparan işçilərin peşə hazırlığını artırır.

Sənədlərin işlərə tikilməsi, rasional yazışmanın təşkili, daxil olan və gedən sənədlərin qəbulu, qeydiyyatı, saxlanılması, strukturlara göndərilməsi, həmçinin sənədlərin dövlətsaxlanılma orqanına təhvil verilməsinin hazırlanmasını təmin edir.

Şöbənin müdiri ümumi şöbənin fəaliyyətinə rəhbərlik edir, həmin Əsasnamədə göstərilən vəzifə və borcları həyata keçirir, verilən tapşırıq və funksiyaların yerinə yetirilməsində məsuliyyət daşıyır.

Ümumi şöbənin müdiri

Xəndanə Babazadə

Tel: (+99412) 441 31 58

E-mail:[email protected]