ADU haqqında

Beynəlxalq Jurnalistika Şöbəsi

 Beynəlxalq jurnalistika şöbəsi Azərbaycan Dillər Universitetində universitetin Elmi Şurasının qərarına əsasən ADU-nun rektoru, akademik K.Abdullayevin 7 oktyabr 2021-ci il tarixli 62 saylı əmrinə müvafiq olaraq fəaliyyətə başlamışdır. Beynəlxalq jurnalistika şöbəsi Azərbaycan Dillər Universiteti Filologiya fakültəsinin nəzdində tədris və elm bölməsi kimi fəaliyyət göstərir. Şöbə aşağıdakı funksiyaları yerinə yetirir:

  • jurnalistika üzrə tədris prosesinə, tərbiyə işinə nəzarət edir və elmi-tədqiqat işlərinin yerinə yetirilməsini təmin edir;
  • jurnalistika ixtisası üzrə təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartları tələblərinə uyğun olaraq hazırlanmasını və həyata keçirilməsini təmin edir;
  • jurnalistika ixtisası üzrə dərsliklərin, dərs vəsaitlərinin, metodiki göstərişlərin hazırlanmasına təşəbbüs göstərir və bu işi həyata keçirir;
  • jurnalistika ixtisası üzrə dərs cədvəllərinin tərtibinə rəhbərlik edir, onların optimal variantlarının təmin olunması üçün məsuliyyət daşıyır və həyata keçirilməsinə nəzarət edir;
  • jurnalistika ixtisası üzrə sənədləşmə işlərinin həyata keçirilməsini təmin edir;
  • Universitetdə jurnalistika ixtisası üzrə çalışan əcnəbi müəllimlərin hər hansı hüquqi, maliyyə və s. çətinliklərinin olub-olmamasını öyrənir və çətinliklərin  aradan qaldırılması  üçün müvafiq tədbirlər görür;
  • jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin dərslərdə iştirakını təmin edir;
  • jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin elmi, pedaqoji və istehsal praktikalarının həyata keçirilməsi üçün şərait yaradır və onu nəzarətdə saxlayır;
  • jurnalistika ixtisası üzrə təhsil alan bakalavrların təhsilinin lazımi səviyyədə təşkil olunmasını təmin edir;
  • jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin müstəqil işlərinə nəzarət edir və onların elmi fəaliyyəti üçün şərait yaradılmasını təmin edir;
  • jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin imtahan və yoxlamalarının keçirilməsinə nəzarəti təşkil edir, bütün imtahan prosesinin normal, mövcud tələblərə uyğun keçirilməsinə cavabdehlik daşıyır;
  • jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin dövlət imtahanlarına, buraxılış işlərinin isə müdafiəyə buraxılmasına nəzarət edir;
  • jurnalistika ixtisası üzrə təhsil alan tələbələri mövcud qaydaya uyğun şəkildə təqaüdə təqdim edir;
  • ADU-da təhsil alan əcnəbi tələbələrin çətinliklərinin olub-olmaması ilə xüsusi  maraqlanır və çətinliklərin aradan qaldırılması üçün lazımi tədbirlər görür;
  • beynəlxalq jurnalistika ixtisası üzrə təhsil proqramlarının məzmunca Avropa təhsil sisteminə inteqrasiya olunmasını təmin edir;
  • elmi-metodiki və elmi seminarların təşkil olunmasını təmin edir;
  • jurnalistika ilə bağlı xüsusi tədbirlərin və müzakirələrin keçirilməsini təmin edir.

Azərbaycan Dillər Universitetində jurnalistika ixtisası ingilis dilində tədris olunur. Bunun əsas səbəbi ondan ibarətdir ki, ADU-nu jurnalistika ixtisası üzrə bitirən məzunlar Azərbaycan jurnalistikasını həm öz dillərində, həm də ingilis dilində yüksək səviyyədə təmsil edə bilsinlər.

2019-cu ildə Azərbaycan Dillər Universitetinin jurnalistika ixtisasına 46 tələbə, 2020-ci ildə 45 tələbə və 2021-ci ildə 44 tələbənin qəbul olması yüksək nəticə və uğur kimi qiymətləndirilə bilər. Abituriyentlərin ADU-nun jurnalistika ixtisasını seçməsinə təsir edən amillərdən ən başlıcası universitetdə jurnalistika sahəsinə dərindən bələd olan müəllimlərin çalışması, tələbələrin peşəkar jurnalist kimi yetişməsidir. Tədris müddətində tanınmış jurnalistlər dərslərə qonaq qismində dəvət olunur və onların iştirakı ilə nümunəvi dərslər təşkil edilir. Tələbələrin əsl jurnalist kimi yetişməsində nəzəri dərslərlə yanaşı, praktik dərslərin də xüsusi yeri və rolu vardır. Jurnalistika üzrə dərslər praktik olaraq radio, televiziya və saytların redaksiyalarında keçirilir ki, bu da tələbələrə media mühitinə alışmaqda yaxından kömək edir. Təsadüfi deyil ki, ADU-da jurnalistika ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin bir çoxu təcrübə keçdikləri media orqanlarında işlə təmin olunur və KİV-in müxtəlif sahələrində peşəkar jurnalist kimi fəaliyyət göstərirlər.

Azərbaycan Dillər Universitetində yalnız tədris yox, həm də elm bölməsi kimi fəaliyyət göstərən Beynəlxalq jurnalistika şöbəsi tələbələr arasında həmin ixtisas üzrə tədqiqatların aparılmasında əhəmiyyətli rol oynayır.