Tədris şöbəsi

Tədris şöbəsi 6 iyun 1973-cü ildən SSRİ-nin 50 illiyi аdınа АPХDİ-nin tərkibində yаrаdılmışdır.
2006-cı ildə Tədris şöbəsinin tərkibində qеydiyyаt bölməsi fəаliyyətə bаşlаdı.
2013-cü ildə Kеyfiyyətin Təminаtı Mərkəzi tədris şöbəsinə birləşdirildi və şöbə Kurrikulum və Kеyfiyyətə Nəzаrət Dеpаrtаmеnti kimi fəаliyyətə bаşlаdı.
2016-cı ildə аpаrılаn struktur dəyişiklikləri nəticəsində dеpаrtаmеntin nəzdində 4 mərkəz yаrаdıldı:
- Təcrübə, Prоfеssiоnаl İnkişаf və Kаryеrа Mərkəzi
- Tələbə Qəbulu və Tələbə Qеydiyyаtı Mərkəzi
- Biliyin Qiymətləndirilməsi və Mоnitоrinq Mərkəzi
- Keyfiyyətin Təminatı və Məzunlarla İş Mərkəzi.
2017-ci ilin sentyabr ayında departamentin adı yenidən dəyişdirilərək Tədris Departamenti adlandırıldı və tərkibinə aşağıdakı şöbələr daxil edildi.
- Tələbə Qəbulu və Tələbə Qeydiyyatı Şöbəsi
- Təcrübə, Professional İnkişaf və Karyera Şöbəsi
- Biliyin Qiymətləndirilməsi, Monitorinq və Keyfiyyətin Təminatı Şöbəsi.
2019-cu ildən yenidən Tədris şöbəsi olaraq fəaliyyətini davam etdirir.
Tədris şöbəsinin fəаliyyətinin əsаs istiqаmətləri аşаğıdаkılаrdır:
- Dövlət təhsil standartları əsasında universitetin əsas tədris sənədlərinin – tədris planlarının, işçi tədris planlarının və tədris prosesi qrafiklərinin işlənib hazırlanması və bu zaman universitetin bölmələrinin qarşılıqlı əlaqəsinin təmin edilməsi;
- Tədris prosesinin idarə olunmasına dair informasiyanın təhlili və ümumiləşdirilməsi, rektorluğun müvafiq qərarlarının hazırlanması;
- Tədris prosesinin əsaslandırılmış planlaşdırılması və təşkili;
- Universitetdə tədrisin bütün formaları üzrə tədris prosesinə və mütəxəssis hazırlığına nəzarət sisteminin informasiya təminatı;
- Tədris prosesinə dair normativ-metodik sənədlərin daim təkmilləşdirilməsi;
- Tədris məşğələlərinin, imtahan sessiyalarının və Dövlət Attestasiya Komissiyalarının işinin cədvəllərinin planlaşdırılması və tərtibi;
- Rektorun tədris prosesinə dair əmr və sərəncamlarının layihələrinin hazırlanması;
- Müəllimlər və tələbələrin tədris intizamına riayət etmələrinə nəzarət;
- Dövlət Attestasiya Komissiyalarının işlərinə nəzarət, komissiyaların işinin nəticələrinin sədrlərin hesabatları əsasında ümumiləşdirilməsi və təhlili;
- Kafedraların ştatlarının formalaşdırılması üçün hesablamaların və başqa sənədlərin hazırlanması, müəllimlərin və kafedraların tədris planları və tədris yükləri normasına nəzarət, tədris yükünün yerinə yetirilməsinə nəzarət edilməsi;
- Seçki müddəti başa çatmış professor-müəllim heyətinin, eləcə də vakant vəzifələri tutmaq üçün müsabiqə elanının hazırlanması, ərizələrin qəbulu;
- Kafedraların və fakültələrin tədris və metodiki işin ayrı-ayrı məsələləri üzrə yoxlanılması, rektorluğun planı əsasında nəzarət tədbirlərində iştirak;
- Tədris məsələləri üzrə vətəndaşlar və idarələrlə yazışmalar;
- Dövlət statistika hesabatı məlumatlarının hazırlanması;
- ADU-da özünütəhlil və özünüqiymətləndirməni həyata keçirmək.
Tədris şöbəsinin müdiri
Şahməmmədova Şəfəq İsmayıl qızı
Ünvan: Rəşid Behbudov 134, ADU-nun əsas tədris binası, II mərtəbə
Tel: (+99412) 440-64-82
E-mail: [email protected]