Elm şöbəsi

Elm Şöbəsi
Elm şöbəsi Azərbaycan Dillər Universitetinin Rektoryanı Şuranın 07.06.2019-cu il tarixli iclasının qərarı (protokol №66) və Universitetin rektorunun 27.06.2019-cu il tarixli, 73 saylı əmri ilə yaradılmış struktur bölməsidir.
Şöbə öz fəaliyyətini Universitetin fakültələri, kafedraları, Elmi tədqiqat laboratoriyaları , mərkəzləri və digər struktur bölmələri ilə əlaqəli şəkildə həyata keçirir. Şöbə öz funksiyalarının yerinə yetirilməsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qanunları, dövlət idarəçiliyi orqanlarının təsdiq etdiyi normativ-hüquqi sənədləri, Azərbaycan Dillər Universitetinin nizamnaməsini, Elmi Şurasının qərarlarını, rektorun əmr və sərəncamlarını, eləcə də şöbənin əsasnaməsini rəhbər tutur.
Şöbə Universitetin professor-müəllim heyətinin elmi tədqiqat, elmi-metodik işlərin planlaşdırılması, yerinə yetirilməsi və nəticələrin tədrisə tətbiq edilməsini, keçirilən elmi konfrans və simpoziumların təşkilini və keçirilməsini, materiallarının nəşrə hazırlanması həyata keçirir, eləcə də, Respublika ali təhsil müəssisələri, o cümlədən xarici ölkələrin universitetlərinin təhsil və elm mərkəzləri ilə elmi əlaqələri yaradır.
Şöbə aşağıdakı vəzifələri həyata keçirir:
Kafedralarda və Elmi tədqiqat laboratoriyalarında elmi tədqiqat və elmi-metodik işlərin yerinə yetirilməsi və praktikada tətbiqini təşkil edib, ona nəzarət etmək;
Yerinə yetirilmiş elmi tədqiqat və elmi-metodik işlərin ekspertizasını təşkil etmək;
Elmi tədqiqat və elmi-metodik işlərin yerinə yetirilməsinə dair kafedraların və Elmi tədqiqat laboratoriyalarının hesabatlarını öyrənmək və yekun hesabatlar hazırlamaq;
Hər növbəti il üçün kafedra və ETL-in elmi tədqiqat və elmi-metodik işlərinin planlarını toplamaq və onların ekspertizasını təşkil etmək, ümumuniversitet elmi tədqiqatlar planı işləyib hazırlamaq və təsdiq üçün Elmi şuraya təqdim etmək;
Kafedralarda və Elmi tədqiqat laboratoriyalarında elmi tədqiqat və elmi-metodik işlərin planlaşdırılması və hazır işlərin müzakirəsində iştirak etmək;
Doktorant, dissertant və magistrantlar üçün elmi, elmi-metodik seminar və məruzələr təşkil etmək; kafedralarda dissertasiyaların, elmi işlərin müzakirəsində iştirak etmək;
Universitetdə yerinə yetirilmiş elmi və elmi-metodik işlərin yekunu ilə bağlı illik hesabat hazırlamaq;
TEC-in üzvləri üçün elmi tədqiqat işlərinin aparılması ilə bağlı metodik məsləhət saatları təşkil etmək;
Universitetin digər universitetlərlə bağladığı müqavilələr çərçivəsində müxtəlif elmi tədbirlər, əməkdaşlıq proqramları, layihələr hazırlamaq və onları həyata keçirmək;
Beynəlxalq və respublika səviyyəli elmi konfransların keçirilməsi ilə bağlı təşəbbüslər irəli sürmək, bu qəbildən olan tədbirlərin təşkili üçün lazım olan sənədləri hazırlamaq ;
Müxtəlif elmi tədbirlər: beynəlxalq və respublika səviyyəli konfranslar, təqdimatlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
Elmi konfranslara təqdim olunan məqalə və tezisləri toplamaq və onların ekspertizasını təşkil etmək, konfransların proqramlarını tərtib etmək, iştirakçıları məlumatlandırmaq;
Beynəlxalq nəşrlərlə əməkdaşlıq etmək və bu istiqamətdə müştərək layihələr hazırlamaq;
Universitet əməkdaşlarının respublika və beynəlxalq səviyyəli konfranslarda, simpoziumlarda, seminarlarda, diskussiyalarda, təqdimatlarda və s. iştirakını təmin etmək.
Elm şöbəsinin müdiri:
p.f.d., dos. İmanova Sevda Rafiq qızı
Ünvan: Bakı şəhəri, R.Behbudov küç., 134, ADU-nun əsas tədris binası, otaq 302
Əlaqə: (+994 12) 441 22 78 (daxili 257) / (+994 077) 757-97-00
Email: [email protected]