ADU haqqında

Keyfiyyətin təminatı və monitorinq şöbəsi

Tarixi

Fəaliyyət istiqaməti

Rolu və vəzifələri

İşçi heyət

Keyfiyyət sistemimiz

Daxili keyfiyyət təminatı

Xarici keyfiyyət təminatı

Əlaqə

Təklif və tövsiyələlər

  1. Tarixi

Azərbaycan Dillər Universiteti nəzdində daxili keyfiyyəti artırmaq məqsədilə 2005-cı ildə Sosial araşdırma mərkəzi yaradılmışdır. 2006-cı ildə Keyfiyyətin təminatı şöbəsi, 2011-ci ildə isə Keyfiyyətin təminatı mərkəzi kimi müstəqil şəkildə fəaliyyətini davam etdirmişdir. 2012-ci ildə isə mərkəz Tədris şöbəsinin nəzdində Keyfiyyətin təminatı kimi fəaliyyət göstərmişdir.

Şöbə 2016-cı ilin noyabr ayında аpаrılаn struktur dəyişiklikləri nəticəsində Kurrikulum və Kеyfiyyətə Nəzаrət Dеpаrtаmеntinin nəzdində Biliyin Qiymətləndirilməsi və Mоnitоrinq Mərkəzi kimi fəaliyyətə başlamış, 2017-ci ilin oktyabr ayından etibarən Biliyin Qiymətləndirilməsi, Monitorinq və Keyfiyyətin Təminatı Şöbəsi adı altında fəaliyyətini davam etdirmişdir.

2019-cu ilin noyabr ayından etibarən Keyfiyyətin təminatı və monitorinq şöbəsi kimi fəaliyyət göstərir.

  1. Fəaliyyət istiqamətləri

Keyfiyyətin təminatı və monitorinq şöbəsinin iş prinsipi Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG) toplusunda qeyd olunan Daxili keyfiyyət təminatı üçün standartlara istinad edərək ümumiləşdirilmişdir.

Keyfiyyətin təminatı və monitorinq şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  Universitetdə fəaliyyət göstərən dekanlıqlar və onların nəzdində olan kafedralar üzrə standartlara əsaslanan hüquqi-normativ sənədlərin yoxlanılması və monitorinqi;

  Tədris proqramlarının, sillabusların, müəllimlərin illik işçi tədris planları, tələbələrin fərdi planlarının yoxlanılması, analitik məlumatların müvafiq qurumlara ötürülməsi və nəticələrin təhlili;

  Keçirilən dərslərin keçirilmə qaydası, təhsilin keyfiyyətini ölçmək məqsədilə fənlər üzrə ümumi universitet qiymətləndirmə sorğuların keçirilməsi və nəticələrin müvafiq qurumlarla qarşılıqlı təhlili;

  Tələbə-müəllim, tələbə özününqiymətləndirmə sorğularının keçirilməsi, hesabatların hazırlanması, əldə olunmuş nəticələr əsasında tədbirlərin hazırlanması və tətbiqinə nəzarət;

  Tələbələrin imtahan sessiyasına hazırlıq prosesinə nəzarət, müvafiq kafedralar tərəfindən imtahan suallarının müvafiq fənn sillabuslarına uyğunluğunun yoxlanılması və monitorinqi;

  Universitetin fəaliyyəti, o cümlədən tədris proqramları barədə aydın, dəqiq, obyektiv və son məlumatların dərc olunmasına nəzarət;

  Pedaqoji heyətin peşəkar inkişafını təmin edən münbit şəraitin yaradılması məqsədilə onların təlim ehtiyaclarının müəyyən edilməsi üçün sorğuların keçirilməsi.

Şöbənin əsasnaməsi pdf formasında

  1. Rolu və vəzifələri

“Keyfiyyətin təminatı və monitorinq” şöbəsi Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı prinsiplərinə əsaslanan və aşağıda qeyd olunmuş fəaliyyət istiqamətləri üzrə öhdəlikləri yerinə yetirir. Keyfiyyətin təminatı və monitorinq prosesi aşağıdakı şəkildə baş verir:

 

 

  1. İşçi heyət

fil.f.d., dos. Vüsalə Ağabəyli 

Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri

Şahnaz Namazova

Mütəxəssis

Məsmə Cəlilova

Mütəxəssis

Niqar İsmayılova

Mütəxəssis

  1. Keyfiyyət sistemimiz

Azərbaycan Dillər Universitetinin keyfiyyəti təminatı siyasəti Universitetin Strateji inkişaf planının hədəflərinə uyğun olmaqla təhsilin keyfiyyətinin təmin olunmasına və fasiləsiz inkişafına əsaslanır. Keyfiyyətin təminatı və montiroinq şöbəsinin siyasəti, Universitetin keyfiyyət təminatı siyasətini nəzərə almaqla,  Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qanun və qaydalarına əsaslanan təhsil sisteminin qurulmasına, Universitetin daxili və beynəlxalq rəqabətliyinin inkişaf etdirilməsinə nəzarət kimi prinsipləri özündə ehtiva edir.

  1. Daxili keyfiyyətin təminatı

“Keyfiyyətin təminatı və monitorinq” şöbəsinin fəaliyyətinin əsas məqsədi universitetin bakalavriatura və magistratura pillələri üzrə tədrisin keyfiyyətinin təmin olunması və qiymətləndirilməsinə, onun daha da yüksəldilməsinə, biliyin obyektiv qiymətləndirilməsinin təmin edilməsinə nəzarət etmək və bu sahədə innovativ təcrübələri tətbiq etməklə, müasir standartlara cavab verən kadr hazırlığı üçün səmərəli tədris mühiti yaratmaqdır.

  1. Xarici keyfiyyət təminatı

“Keyfiyyətin təminatı və monitorinq” şöbəsinin xarici keyfiyyət təminatının əsasını Avropa Ali Təhsil Məkanında (EHEA) Keyfiyyətin Təminatı (ENQA) prinsipləri təşkil edir və Əsasnamdə öz əksini tapan fəaliyyət istiqamətləri üzrə iş mexanizmini əsas tutaraq keyfiyyəti təmin etməkdən ibarətdir.

  1. Əlaqə

Tel: (+99412) 441-22-78 (daxili 133)

Email: [email protected]

Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri
fil.f.d., dos. Vüsalə Ağabəyli

Ünvan: Rəşid Behbudov 134, ADU-nun əsas tədris binası, I mərtəbə