“Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız” adlı açıq dərs keçirilib

Azərbaycan Dillər Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi fil.f.d.Ofelya Babayeva tərəfindən Beynəlxalq münasibətlər fakültəsinin 265a, 265b qrup tələbələri üçün “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız” adlı açıq dərs keçirilib.
Dərsdə tələbələr açıq dərsin mövzusu ilə əlaqədar olaraq əməli yazı nümunələrinin hazırlanması qaydalarını təqdim ediblər. Mövzu ətrafında məruzə, çıxış və təqdimat hazırlayan tələbələr COP29-un mahiyyəti və Azərbaycanda təşkili barədə ətraflı məlumat veriblər.
Azərbaycan dilçiliyi kafedrasının müdiri dos.F.H.Niftəliyeva çıxış edib. Kafedra müdri həmçinin, dərsin müasir proseslərlə əlaqələndirilməsini müsbət qiymətləndirib.





