ADU haqqında

“Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız” adlı açıq dərs

21.05.2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi fil.f.d.Ofelya Babayeva Beynəlxalq münasibətlər fakültəsinin 265a, 265b qrup tələbələri ilə birgə “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız” adlı açıq dərs keçirmişdir.

Dərsdə tələbələr açıq dərsin mövzusu ilə əlaqədar olaraq əməli yazı nümunələrinin hazırlanması qaydalarını təqdim ediblər. Bu mövzuda məruzə, çıxış və təqdimat hazırlayan tələbələr COP-29 tədbirinin mahiyyəti və Azərbaycanda təşkili  barədə ətraflı məlumat veriblər. 

Azərbaycan dilçiliyi kafedrasının müdiri dos.F.Niftəliyeva  çıxış edərək dərsin müasir proseslərlə əlaqələndirilməsini müsbət qiymətləndirib.