ADU haqqında

İndoneziya araşdırmalar mərkəzi

İndoneziya Araşdırmalar Mərkəzi (İAM) 2007-ci ildə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində İndoneziyaşünaslıq ixtisası açıldıqdan sonra 2010-cu ildə Azərbaycan Dillər Universiteti və İndoneziya Respublikasının İrandakı səfirliyi arasında qarşılıqlı razılaşma əsasında yaradılmışdır. İAM İndoneziya səfirliyinin hədiyyə etdiyi kompyuterlər və İndoneziya dilinin tədrisi üçün digər texniki vasitələr, zəruri avadanlıq və tədris vəsaitləri ilə təchiz edilmişdir. Mərkəzin İndoneziya ilə bağlı zəngin kitabxanası vardır.

2011-ci ildə Azərbaycanda İndoneziya Respublikasının səfirliyi açıldığı vaxtdan İAM bu ölkənin universitetləri ilə daha sıx əməkdaşlıq edir. İAM-in azərbaycanlı və indoneziyalı alimlər, müəllimlər, tələbələr və ziyalıları arasında birgə fəalliyyəti mühüm əməkdaşlıq körpüsünə çevirilməyə istiqamətlənmişdir.

İAM İndoneziya mədəniyyətini təbliğ etmək üçün vaxtaşırı kütləvi tədbirlər təşkil edir. Mərkəzdə anqklunq musiqi aləti və rəqs üzrə dərnəklər fəaliyyət göstərir. Bundan əlavə, İndoneziya Səfirliyinin nümayəndəri, indoneziyalı ziyalılar və İndoneziya diasporunun üzvləri vaxtaşırı mərkəzə baş çəkir, İndoneziyaşünaslıq ixtisasının tələbələri ilə görüşür və məruzələrlə çıxış edirlər.

İAM İndoneziya hökumətinin təklif etdiyi müxtəlif təqaüd proqramları vasitəsilə Azərbaycan Dillər Universitetinin tələbələrini İndoneziyanın nüfuzlu universitet və mədəniyyət mərkəzlərində təcrübə keçmək, təhsil almaq və tədqiqat aparmaq üçün müxtəlif təqaüd proqramlarına cəlb edir. Mərkəz fəaliyyətə başladığı vaxtdan 30-dan artıq tələbə və məzunun bu proqramlarda iştirakına şərait yaratmışdır.

İndoneziya Araşdırmalar Mərkəzi yalnız Azərbaycan Dillər Universitetinin əməkdaşları və tələbələri üçün deyil, bütün ölkə vətəndaşları üçün İndoneziya üzrə məlumat mərkəzi funksiyasını yerinə yetirir. Maraqlananlar burada Mərkəzin informasiya resurslarından, dil hazırlığı, tərcümə və İndoneziyada təhsil haqqında məlumat xidmətlərindən istifadə edə bilər.

Hədəflər

  • İndoneziya dili və mədəniyyətinin öyrənilməsi və tədqiqi sahəsində tanınmış bir mərkəzə çevrilmək.
  • Azərbaycanlı və indoneziyalı alimlər və tələbələr arasında əlaqələri genişləndirmək.


Strateji baxışlar

  • İndoneziya dili və mədəniyyətini təbliğ etmək.
  • Azərbaycanda indoneziyaşünaslığı inkişaf etdirmək.
  • İndoneziya dilini mükəmməl bilən kadrlar yetişdirmək.
  • İki ölkə arasında münasibətləri möhkəmləndirmək məqsədilə müxtəlif tədbir və təqdimatlar təşkil etmək.
  • İndoneziyada təhsil almaq üçün təklif olunan təqaüd proqramları
  • Dərəcə verilməsi nəzərdə tutulmayan təqaüd proqramları
  • İndoneziya incəsənəti və mədəniyyəti proqramı (müddəti – 3 ay)
  • Darmasiswa proqramı (müddəti – 1 il)
  • Magistratura üzrə təqaüd proqramı
  • İnkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq proqramı (müddəti – 3 il)

 

İndoneziya Araşdırmalar Mərkəzinin kitabxanasına üzv olmaq üçün tələb olunan sənədlər:

  • şəxsiyyət vəsiqəsinin surəti
  • 1 ədəd fotoşəkil
     

İndoneziya Araşdırmalar Mərkəzinin müdiri

Zərbəliyeva Laura Həbib qızı

Tel: (+99412) 441-22-78 (daxili nömrə: 156)

Ünvan: R.Behbudov küç., 134, Bakı, Azərbaycan, ADU II mərtəbə

E-mail:  laurazarbaliyeva@yahoo.com

Facebook səhifəsi:  https://www.facebook.com/cis.aul