ADU haqqında

Frankofoniya Universitet Mərkəzi

 

Azərbaycan Dillər Universiteti 21 may 2015-ci ildən bəri “Frankofoniya Univeritet Agentliyi (Agence Universitaire de la Fancophonie)” təşkilatına  üzvdür.  Qeyd etmək istərdik ki, dünyada 106 ölkənin 900-dan çox universitetinin və elmi tədqiqat institutlarının üzv olduğu Frankofoniya Universitetlər Agentliyinə (https://www.auf.org/) Azərbaycandan üzv olan ilk Universitet Azərbaycan Dillər Universitetidir. FÜA beynəlxalq təşkilatdır və bu təşkilatın üstünlüyü fransızdilli üniversitetlərin müəllim və tələbə heyətinin mobilliyini təmin etmək və gücləndirməkdir.

2017–ci ildə Azərbaycan Dillər Universiteti (ADU) və Frankofoniya Universitet Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Dillər Universitetində Frankofoniya Universitet Mərkəzi yaradılmışdır. Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə direktoru cənab Mohamed  Ketata və Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez və digər rəsmi şəxslərin iştirakı ilə 4 Aprel 2017-ci il tarixində mərkəzin rəsmi açılışı olmuşdur. Frankofoniya Universitet Mərkəzi yarandığı vaxtdan bu günədək öz qarşısına aşağıdakı vəzifələrin icrasını qoymuşdur:

  • tələbələrin fransız dilində ifadə və kommunikasiya bacarıqlarını təkmilləşdirmək;
  • müəllim və tələbələri pedaqoji resurslarla təmin etmək;
  • innovativ, həvəsləndirici və yeni dərslərin inkişafı üçün ləvazimatlardan (məsələn: yeni məlumat kitabçaları, didaktik bazalara müraciət), didaktik canlı qurğulardan (görüntülü konfrans, elektron kitablar, internet çalışmaları, dil laboratoriyaları) istifadə etmək;
  • Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə ortaq universitetləri ilə video-konfranslara qoşulmağa şərait yaratmaq;
  • müəllim və tələbələr üçün Frankofoniya Universitet təşkilatının əməkdaşlığı ilə treninq və təlimləri təşkil etmək;
  • Fransadan dəvət olunmuş fransız dili müəllimlərinin iştirakı ilə müxtəlif sahələr üzrə dərsləri təşkil etmək;
  • müəllim və tələbələri Frankofoniya Universitet təşkilatının illik təqaüd proqramlarında iştirak etməyə cəlb etmək və həmin proqramlar haqqında geniş məlumat vermək;
  • fransızdilli müəllimlərin və eləcə də fransızdilli universitetleri bitirən məzunların iştirakı ilə danışıq klubları, dəyirmi masalar təşkil etmək;
  • Universitetin fransızdilli müəllim və tələbələrinin təşkilat tərəfindən  fransızdilli ölkələrdə təşkil olunan  konfranslar, tədbirlər və təqaüd proqramları ilə bağlı  məlumatlandırılması;
  • mərkəzdə tədbirlər, müsabiqələr, görüş və təqdimatların təşkili işi, tələbə mobilliyi, Frankofoniya Universitet təşkilatının Mərkəzi və Şərqi Avropa üzrə əməkdaşları ilə daimi rəsmi yazışmaların aparılması.

Mərkəzdə Universitetimizin bütün tələbə və müəllimləri üçün fransız dilində müxtəlif mənbələrə (kitablar, jurnallar, sənədli film bazaları, filmlər, DVD-lər) sərbəst işləmək imkanı yaradılmışdır. Fəaliyyət göstərdiyi zamandan etibarən mərkəzimiz Frankofoniya Universitet Agentliyinin maliyyə dəstəyi ilə müxtəlif didaktik resurslarla (ağıllı lövhə, kompyuterlər, dərsliklər, lüğətlər, fransız dilində bədii kitablar və s.) təmin edilmişdir. Hər il mərkəzin illik fəaliyyət planına əsasən FUA mərkəzin fəaliyyətinə müəyyən maliyyə dəstəyi göstərir (mərkəzdə təlim keçən müəllimlərin qonorarları, müsabiqə qaliblərinin hədiyyələri, kitablar və dərs vəsaitləri, texniki avadanlıq və s.).

Azərbaycan Dillər Universiteti sözügedən təşkilata üzv olduğu gündən bəri Universitetimiz bir çox fransızdilli layihələrdə iştirak etmişdir. Bundan başqa, Frankofoniya Universitet Agentliyi və Azərbaycan Dillər Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində Universitetimizin tələbə və müəllimləri istər fransızdilli ölkələrdə, istərsə də Azərbaycan Dillər Universitetində təşkil olunan təlim və mübadilə proqramlarında müvəfəqiyyətlə iştirak etmişdir. Təşkilatla əməkdaşlığımız çərçivəsində Universitetimizin 8 tələbəsi təqaüdlə Fransada 2 ay müddətində pedaqoji təcrübə keçməyə göndərilmişdirlər.

2012-ci ildən etibarən Ruminiyanın Buxarest şəhərində, 2017-ci ildə isə Xorvatiyanın Zaqreb şəhərində Frankofon Universitet Agentliyinin dəstəyi ilə  ənənəvi gənclər festivalı təşkil olunub. Bu festivalda Universitetimizin fransızdilli tələbələri ölkəmizi layiqincə təmsil etmişdir. Festivalın əsas məqsədi bütün dünyada fransızdilli gəncləri bir araya toplamaq, onların elmi-mədəni fəaliyyətlərini öz aralarında fransız dilində bölüşməsinə şərait yaratmaq, həmçinin öz ölkələrini beynəlxalq arenada təmsil etmələrinə təkan verməkdir. Bu tipli festivallar multikultural ənənələri ilə tanınan ölkəmizin dünya arenasında gənclərin təmsilçiliyi ilə təbliğ olunmasına şərait yaradır. Bununla yanaşı, FÜA-nın dəstəyi ilə müxtəlif ölkə və üniversitetlərdə (Fransa,Yaponiya, Gürcüstan və s.) təşkil edilmiş elmi konfrans, seminar və təlimlərdə müəllimlərimiz də fəal iştirak ediblər.

Müəllim mübadiləsinin daha geniş miqyası əhatə etməsi məqsədi ilə xaricdən konkret sahələr üzrə mütəxəssislər dəvət etmişik və onların təlimlərində 20 – 30 nəfər arası müəllimlər iştirak etmişdir. İlk təlim Fransanın Nis Sofia Antipolis Universitetinin müəllimi və Nis beynəlxalq yay məktəbinin direktoru Delfin de Vazier tərəfindən “Fransız dili xüsusi məqsədlər üçün – turizm” mövzusunda”, ikinci təlim isə Moldaviya Dövlət Universitetinin müəllimi Silvia Gutu tərəfindən “Elmi-tədqiqat işlərinin aparılmasında İKT-nin tətbiqi” mövzusunda aparılmışdır. 2019-cu ilin may-iyun aylarında ADU-nun Frankofoniya Mərkəzi və Əlavə Təhsil fakültəsinin birgə əməkdaşlığı ilə 1 aylıq fransız dili müəllimləri üçün ixtisasartırma kursu təşkil edilmişdir. Təlimdə ADU-nun 30-a yaxın fransız dili müəllimi iştirak edərək beynəlxalq sertifikata layiq görülmüşdür.

Frankofoniya Universitet Mərkəzi fəaliyyət göstərdiyi gündən etibarən Fransanın Azərbaycandakı Səfirliyi, eləcə də digər fransızdilli səfirliklərlə sıx əməkdaşlıq şəklində fəaliyyət göstərir. Buna 12 aprel 2018-ci il tarixində Azərbaycan Dillər Universitetinin  II Tədris korpusunda Fransanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində  təşkil olunan fransızdilli universitetlərin I forumunu misal göstərmək olar.

Bildiyimiz kimi, mart ayının 20-dən etibarən COVID-19 virusuna qarşı mübarizə səylərini gücləndirmək məqsədi ilə ölkəmizdə karantin rejimi elan edilmişdir. Bu səbəbdən Frankofoniya mərkəzi öz fəaliyyətini onlayn şəkildə davam etdirməkdədir. Bu müddət ərzində Mərkəzi və Şərqi Avropa üzrə Frankofoniya Universitet Agentliyi tərəfindən e-mail vasitəsilə göndərilən bütün müəllim və tələbələr üçün təşkil edilən onlayn dərs və təlimlər, eləcə də Fransız nəşriyyatlarının ödənişsiz onlayn kitabxanaları sosial şəbəkələrdə, universitetimizin rəsmi saytında və ölkənin öndə gedən sayt portallarında (azertag.az) paylaşılmış, tələbə və müəllimlərin e-mail ünvanlarına göndərilmişdir.

COVID-19 pandemiyasına qarşı mübarizə ərəfəsində, Paris Fransız Institutunun dəstəyi ilə mart ayının 26-dan etibarən hər həftənin 4-cü günü bütün dünyada fransız dilini tədris edən FLE müəllimləri üçün fransız dilinin onlayn tədrisi və tədrisində aktual problemləri ilə bağlı ödənişsiz web seminarlar (webinaire) təşkil edilir. Universitetimizin bütün fransız dili müəllimləri bu seminarlarla bağlı mərkəz tərəfindən mütəmadi olaraq e-mail, universitetin və mərkəzin sosial şəbəkələri vasitəsilə məlumatlandırılır.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq, Fransanın kitab nəşriyyat evləri, YUNESCO və dünyanının məşhur rəqamsal kitabxanası öz dərsliklərinin rəqəmsal variantını, Louvre, Château de Versailles və Orsay muzeyləri öz eksponatlarını hər kəsə virtual olaraq (ödənişsiz) açıq elan etmişdir. Bütün bu məlumatlar mərkəz tərəfindən araşdırılaraq, müəllif hüquqları tam şəkildə qorunmaq şərti ilə universitetimizin rəsmi saytında, eləcə də sosial şəbəkələrdə paylaşılmışdır.   

Frankofoniya Universitet Agentliyi, RFİ (Radio France Internationale) beynəlxalq radiosu ilə birgə əməkdaşlıq çərçivəsində "Prix des jeunes écritures (Gənc Yazarlar mükafatı) adlı müsabiqə elan etmişdir. Hazırkı sanitar vəziyyətdən aslı olmayaraq, RFI və AUF bu müsabiqəni məsafəli şəkildə uzaqdan dəstəkləyir və 18-29 yaş arası bütün gənc fransızdilli tələbələri müsabiqədə istirak etməyə dəvət edir. Elan mərkəz tərəfindən tərcümə edilmiş, ADU-nun fransızdilli tələbələrinə onlayn şəkildə təqdim olunmuşdur.

Mərkəz rəhbəri və mütəxəssisi karantin müddətində Mərkəzi və Şərqi Avropa üzrə  Frankofoniya Universitet Agentliyi ilə mütəmadi olaraq rəsmi yazışmalarını davam etdirməkdədir.

Frankofoniya Universitet Mərkəzinin rəhbəri Gulnarə Sadıxova və mərkəzin baş mütəxəssisi Jalə Salmanovadıır.

 

https://m.facebook.com/story.php?story_fbid=2511761592408378&id=1400720830179132

https://m.facebook.com/story.php?story_fbid=2510907919160412&id=1400720830179132

https://m.facebook.com/story.php?story_fbid=2510171539234050&id=1400720830179132

https://m.facebook.com/story.php?story_fbid=2510169209234283&id=1400720830179132

https://adu.edu.az/az/xeberler/xeberler/468.html

https://adu.edu.az/az/xeberler/xeberler/107.html

https://azertag.az/xeber/Fransizdilli_telebeler_uchun_onlayn_musabiqeye_qeydiyyat_davam_edir-1473351

https://www.facebook.com/Centre-de-R%C3%A9ussite-Universitaire-CRU-Bakou-841462486002332/

https://www.facebook.com/AUF.europecentraleetorientale/

https://www.auf.org/