ADU haqqında

Türkiyə Araşdırmaları Mərkəzi

Türkiyə Araşdırmaları Mərkəzi 2019-cu ilin noyabr ayında yaradılmışdır. Mərkəzin açılışını Türkiyə Respublikası Yüksək Ögretim Kurulunun sədri Prof. Dr. Yekta Saraç gerçəkləşdirdi.

Mərkəz Azərbaycan Dillər Universitetinin beynəlxalq və elmi-pedaqoji uğurlarından biridir. Mərkəzin yaradılmasındakı əsas məqsəd Türkiyə Respublikasının tarixi, mədəniyyəti və ədəbiyyatı istiqamətində araşdırmalar aparmaq, o cümlədən ölkənin dili və mədəniyyətinin universitetimizin fərqli etnik köklərə sahib tələbələrinə daha yaxından tanıtmaq ve tədris etməkdir.

Bununla yanaşı, mərkəz Türkiyə Respublikası ilə müvafiq sahələrdə əlaqələrin inkişafına dəstək olmaq, Türkiyənin ali təhsil müəssisələri və tədqiqat mərkəzləri ilə əlaqələrin yaradılması və mövcud əlaqələrin genişləndirilməsi, ölkənin təhsil, mədəniyyət, incəsənət sahəsindəki nümayəndələrini universitetimizə dəvət etmək, onların universitetimizdə keçirilən konfranslarda iştirakını, həmçinin ADU əməkdaşlarının da Türkiyədəki konfranslarda iştirakını təmin etmək  kimi bir neçə istiqaməti hədəf olaraq müəyyənləşdirib.  

Mərkəzin bir digər əhəmiyyətli layihəsi Azərbaycan multikulturalizminin Türkiyə Respublikasında tanıdılması ve tədris edilməsidir.

Türkiyə Araşdırmaları Mərkəzinin müdiri Aynur Beşkonak 2020-ci il, 21 yanvar tarixində Türkiyə Respublikasının Mədəniyyət ve Turizm naziri ilə görüşərək ADU-da fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzi haqqında məlumat vermişdir.

2020-ci ilin fevral ayında mərkəzdə Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsi praktikaya başlamışdır. Ancaq mövcud Koronavirus pandemiyası ilə əlaqədar olaraq praktikanın forması dəyişdirilmiş və tələbələrə altı araşdırma mövzusu hazırlanıb təqdim edilmişdir:

1.         Türk ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri.

2.         Azərbaycan ədəbiyyatının Türk ədəbiyyatına təsiri.

3.         Türkiyənin modernləşməsində Azərbaycandan gələn aydınların, türkoloqların rolu.

4.         Ortaq mədəni miraslar haqqında araşdırma.

5.         Türkiyə və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafı.

6.         Azərbaycan ilə Türkiyə arasındaki iqtisadi (məsələn TANAP) ve siyasi (meselen Qarabağ) əlaqələr.

Hazırkı vəziyyətin normallaşmasından sonra verilmiş mövzular əsasında hazırlanan araşdırmalar incələnəcək.

 

Türkiyə Araşdırmaları Mərkəzinin müdiri:

Aynur  BEŞKONAK