ADU haqqında

Azərbaycan Dillər Universitetinin və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Bakı Amerika Mərkəzi

Amerika Mərkəzi ABŞ Dövlət Departamentinin proqramına əsasən ABŞ Səfirliyi və Azərbaycan Dillər Universiteti arasında 2007 – ci ildən mövcud olan memoranduma əsasən fəaliyyət göstərir (Memoranduma 2015 və 2018 – ci illərdə əlavələr edilmişdir).

Bakı Amerika Mərkəzi öz fəaliyyətinə görə 2017 – ci ildə dünya Amerika Mərkəzləri arasında  Qızıl statusa layiq görülmüşdür.

Əsas fəaliyyət istiqamətləri:

  • Amerikaşünaslıq: Amerika Mərkəzinin üzərinə düşən missiya Azərbaycan ictimaiyyətini  Amerika Birləşmiş Ştatları (ABŞ), onun tarixi, mədəniyyəti, iqtisadiyyatı, xarici və daxili siyasəti haqqında maarifləndirmək və ABŞ ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanı artırmaqdan ibarətdir ( mühazirələr, videobağlantılar, seminarlar, təqdimatlar, interaktiv dərslər, konfranslar, rəqəmsal videomüzakirələr, debatlar, görüşlər  və s.)
  • İngilis Dili Proqramları : İngilis dili dərsləri, danışıq klubları, film nümayişləri, müzakirə klubları, vebinarlar, ABŞ universitetləri ilə rəqəmsal videomüzakirələr, müəllimlər, tələbələr və məzunlar üçün ingilis dili həftələri, akademik yazı üzrə vebinarlar və s.
  • ABŞ-da təhsil alan Azərbaycanlı məzunlarla proqramlar : mühazirələr, seminarlar, təlimlər, təhsil forumları, konfranslar, iş yarmarkaları, karyera günləri və s., ABŞ-da təhsil imkanları haqqında test kitablarının təqdimatları və təlimlər (TOEFL, SAT, GRE, GMAT və s.).
  • ABŞ-da Təhsil: sistemli şəkildə keçirilən təqdimatlar (ayda 2 dəfə), təhsil yarmarkaları (ABŞ Universitetlərinin iştirakı ilə), test imtahanlarına hazırlıq məşğələləri və s.
  • Mədəniyyət proqramları: ABŞ la bağlı tədbirlər: ABŞ-ın  konsert qruplarının  çıxışları, onlayn seminarlar, Amerikalı diplomatlar tərəfindən aparılan tematik təqdimatlar (həftəlik və aylıq üzrə “Amerikanı kəşf et” proqramı), mühazirələr və s.

Bakı Amerika Mərkəzi Amerika haqqında məlumat almaq istəyənlər  üçün aparıcı açıq bir məkandır. Mərkəz zəngin kitab və dövri nəşrlər kolleksiyasına malik olan  Amerika üslublu kitabxanadan (İngilis və başqa dillərdə olan 7000 – nə (yeddi min ) yaxın adda açıq resurs bazasına kitab kolleksiyasına malikdir.Kitab kolleksiyası elektron kataloqda öz əksini tapmışdır ( Follett Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminə daxil edilmişdir - elektron kataloq və elektron kitabxana universitetin veb-səhifəsində yerləşdirilmişdir).

Tammətnli Elmi bazalar: E-Library USA (Amerika Kitabxanası) , J-STOR (bütün elm sahələri üzrə tammətnli elektron elmi baza – 17.500 adda tammətnli elmi jurnal toplusu), 1300 müxtəlif elm sahələri üzrə tammətnli elektron kitablar bazası.

CD və DVD kolleksiyası :  Amerika Mərkəzi ABŞ tarixi və hökuməti, cəmiyyət və dəyərləri, ABŞ və qlobal iqtisadiyyat, ABŞ incəsənəti, mədəniyyəti diplomatiya və milli təhlükəsizliyinə  dair video toplusuna malikdir. Daimi nümayişlər hər cümə, xüsusi nümayişlər isə sorğular əsasında təşkil edilir.

Distant Təhsil imkanları ( MOOC, Coursera : kütləvi onlayn açıq kurslar,ABŞ universitetləri ilə onlayn mühazirələr və seminarlar, ingilis dili müəllimləri üçün vebinarlar)

 

Uşaq Mərkəzi : 2013-cü ildən fəaliyyət göstərir. Fəaliyyət sahəsinə 4 yaşından 10 yaşınadək uşaqlar üçün interaktiv ingilis dili proqramları və uşaq kitab kolleksiyası daxildir.

Maker Space : 2015-ci ilin dekabr ayından fəaliyyət göstərir. Texniki İnnovasiyalar Mərkəzi/ yaradıcı məkan mühəndislik, texnologiya və texniki elm sahələri haqqında daha çox məlumat əldə etmək üçün innovasiyalar laboratoriyasıdır. Laboratoriyada xüsusi (STEM) kitab kolleksiyası mövcuddur.
 

  • Sosial şəbəkələrdə ( Facebook,Twitter, Youtube, Instagram) Bakı Amerika Mərkəzinin bütün fəaliyyəti əks olunur.

 

  • İştirak və xidmətlər ödənişsiz və hər kəs üçün açıqdır.

 

Əsas İş saatları:


Bazar Ertəsi – Cümə saat 10:00 – 18:00 

Müxtəlif tədbirlərlə bağlı Amerika Mərkəzi iki növbəli iş rejimində fəaliyyət göstərir: saat 9:00 – 21:00
(Nahar fasiləsi yoxdur. Azərbaycanın bayram günlərində bağlıdır).

 

Bizimlə əlaqə:
Ünvan: Rəshid Behbudov küçəsi 134 (Azərbaycan Dillər Universiteti)
Tel: (+994 12) 441 3680 / 4412279 ( daxili 124)

 

 

Qeyd: ABŞ Dövlət Departamentinin proqramına əsasən 145 ölkədə 650 - dən çox Amerika Mərkəzi və Guşəsi fəaliyyət göstərir.

 

 

Mərkəzin direktoru

Şəhla Xudiyeva