ADU haqqında

Test mərkəzi

Mərkəz Azərbaycan Dillər Universitetinin nəzdində Amerikaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Amerika Birləşmiş Ştatlarına aid istənilən informasiya ilə təmin etmək məqsədi ilə 2005-ci ildə Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyinin dəstəyi ilə yaradılıb. Mərkəz 2007-ci ildən müxtəlif beynəlxalq imtahanların təşkili ilə fəaliyyətini genişləndirdi. Test Mərkəzi bir çox beynəlxalq imtahanların təşkili və həyata keçirilməsində məsuldur.

Mərkəzin beynəlxalq tərəfdaşları – ETS, Pearson VUE, Prometric, Ankara Universiteti və Moody’s Analytics Training & Certification Services şirkətləridir.

Peason VUE imtahanları – GMAT, Microsoft, CİSCO, Linux, Junier Networks, IBM, DELL, CİMA, IIA-CİA, CompTİA, LNAT, SAP, NACE kimi beynəlxalq sertifikatlı 100-ə yaxın imtahanları əhatə edir.  2019-cu ilin iyul ayından etibarən Mərkəz Project Management Professional (PMP) – Layihələrin idarə edilməsi üzrə beynəlxalq imtahanı təşkil edir. Onu qeyd etmək lazımdır ki, bu imtahan internet əsaslıdır, imtahanın rəsmi və yeganə tərəfdaşı Test mərkəzidir. İmtahanlar həftə içi, saat 10:00-dan 17:00-dək keçirilir.

2016-cı ildən Mərkəz Pearson VUE şirkətinin GED (General Educational Development) imtahanı təşkil edir. Bu imtahan Azərbaycanda yalnız Test Mərkəzində keçirilir. GED imtahanı şagirdlərə Amerika və Kanada kolleclərində təhsil almadan Amerika və Kanada ali məktəblərində təhsil almaq imkanı verir.

GMAT (Graduate Managment Admission Test) – Test mərkəzi GMAT imtahanını Azərbaycanda təşkil edən yeganə mərkəzdir.

TOEFL iBT– ingilis dili səviyyəsini müəyyənləşdirən beynəlxalq sertifikatlı dil imtahanıdır. Bu imtahan hər ay, şənbə günləri keçirilir. TOEFL iBT imtahanına https://www.ets.org/toefl vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz.

 

AYÖS (Ankara Üniversitesi Yabancı Uyruklu Öğrenci Sınavı) imtahanı Ankara Universitetinin təşkil etdiyi beynəlxalq qəbul imtahanıdır. Bu imtahan həm Ankara, həm də AYÖS imtahan nəticələrini qəbul edən digər türk Universitetlərində bakalavr və magistr proqramlarında təhsil almaq üçün nəzərdə tutulmuşdur. AYÖS imtahanları Avropanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda hər il may ayında ADU-da təşkil olunur.

Daha ətraflı məlimatı aşağıdakı ünvanda ala bilərsiniz.

http://ayos.ankara.edu.tr/

Test Mərkəzində təşkil olunan bütün imtahanlarda ölkə vətəndaşları ilə yanaşı, xarici ölkələrin vətəndaşları da iştirak edirlər. İmtahanlara müvafiq internet səhifələri, zənglər vasitəsi və ya Test Mərkəzinə müraciət etməklə qeydiyyatdan keçmək olar.

Mərkəzin Ünvanı:                  Bakı, Azərbaycan,

                                                R. Behbudov küç. 134

                                                ADU, otaq 407

 

Əlaqə:                                     Tel: ( +994 12) 4416082

                                                E-mail: b_salahova@adu.edu.az