ADU haqqında

Germanistika İnstitutu

Höte və Şiller mərkəzi

İnstitut haqqında:

Germanistika İnstitutu Azərbaycan Dillər Universiteti nəzdində Germanistikanın bütün sahələrindəki tədris və tədqiqat işlərinin əlaqələndirilməsi üçün yaradılmışdır. Avropa tələblərinə əsasən Boloniya Bəyannaməsinin qaydalarına uyğun olaraq dilçilik, yeni ədəbiyyat, qədim ədəbiyyat, ikinci xarici dil (Alman dili) və ölkəşünaslıq kafedralarında bakalavr və magistr pillələri üzrə proqramların yaradılması nəzərdə tutlur.  Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən Germanistika sahəsini beynəlxalq Germanistikada tanıtmaq üçün birgə beynəlxalq layihələr planlaşdırılır.

Direktor və əməkdaşlar haqqında:

 

İnstituta professor  Zieqlinde Hartman rəhbərlik edir. Onun vəzifəsi kafedraların əlaqələndirilməsi üçün struktur plan həyata keçirmək və tədqiqat layihələrini inkişaf etdirməkdən ibarətdir. Hazırda aşağıdakı kafedralar Germanistika İnsitutunun nəzdində fəaliyyət göstərir:

  1. Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası (Təhsil)-f.e.d.,prof. S.Ə.Abdullayev
  2. Alman dilinin fonetikası və qrammatikası kafedrası(FJF)- p.f.d. Q.V.Axundov
  3. Xarici dillər kafedrası (FJF) -f.f.d.,dos. Ş.H.Şabanov
  4. Xarici dillər kafedrası (Təhsil) -f.f.d.,dos. Y.M.Mürşüdov
  5. Xarici dillər kafedrası (B/M və İdarəetmə)-f.f.d.,dos. K.B.Haciyeva
  6. Xarici dillər kafedrası (Tərcümə və Mədəniyyətşünasliq)-f.f.d.,dos. T.H.Əmirova
  7. Xarici dillərin tədrisi metodikası kafedrası (FJF)-p.f.d.,dos. Ə.Ş.Şirəliyev
  8. German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedarsı-f.f.d.,dos. E.Q.Rəhimli
  9. Xarici ölkələr ədəbiyyatı kafedrası-f.e.d.,prof. A.Sabitova

Bundan başqa, Alman Oxu Zalı və Avstriya Mərkəzi Germanistika İnstitutunun nəzdində fəaliyyət göstərir.

İnstitutun yaranması:

Osvald fon Volkenştayn Cəmiyyətinin (Frankfurt am Main) ilk sədri və qədim alman filologiyası üzrə Almaniyanın Vürsburq Universitetinin fəxri professoru Ziqlinde Hartman 2017-ci il noyabrın 23-də Bakıda Azərbaycan Dillər Universitetində dəvətli professor adına layiq görülmüşdür.

Germanistika İnstitutunun  açılış mərasimi 1 mart 2018-ci ildə Azərbaycan Dillər Universitetinin akt zalında təntəli olaraq qeyd edilmişdir.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü akademik Kamal Abdulla  tədbiri açıq elan etmiş və çoxsaylı qonaqları salamlamışdır. Fəxri qonaq qismində Almaniya Federativ Respublikasının səfiri cənab Mixael Kindsqrab, İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri cənab Filip Ştalder, Avstriya Respublikasının Konsulu cənab Volfqanq Marxard da iştirak etmişdir. Üç böyük diplomat Azərbaycan ilə almandilli bu üç ölkə arasında mədəni və iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün İnstitutun qurulmasının böyük əhəmiyyətini öz çıxışlarında vurğulamışdır. Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri professor Sərxan Abdullayev Alman dili kafedraları adından təbriklə çıxış etmişdir.

İnstitutunun açılışınıda qırmızı lenti kəsərkən Almaniyanın səfiri Germanistikanın inkişafı ilə bağlı öz  arzularını çatdırmışdır.

 

13.03.2018 – yeni Germanistika İnstitutunun ilk dəyirmi masası: “Nibelunqlar nəğməsi” və “Kitabi-Dədə Qorqud” dastanının  müqayisəli təhlilinin təqdimatı və müzakirəsi:

 

Rektor akad. Kamal Abdullanın, prorektor prof. Əfqan Abdullayevin rəhbərliyi ilə, prof. Ziqlinde Hartman 2009-cu ildən etibarən Maynz Universiteti ilə hər iki qəhrəmanlıq dastanı haqqında keçirilmiş üç simpoziumun nəticələrini ali məktəb müəllimlərinə və tədqiqatçılara çatdırılmışdır. Bu müzakirə, layihəni davam etdirmək və başqa ədəbiyyatlardan digər qəhrəmanlıq eposlarını müqayisə etmək üçün ümumi tövsiyə ilə başa çatməşdır.

05.03.2018 – 16.03.2018 – Orta əsrlərdə alman dili və ədəbiyyatı üzrə Germanistika İnstitutunun ilk layihəsi: “Nibelunqlar nəğməsi”

Professor Ziqlinde Hartman mühazirələr və seminarlarda III və IV kurslardan seçilmiş tələbələrə orta əsr alman dili və Nibelunqlar nəğməsinin orginal mətnlərinin şərhini  çatdırılmışdır.

Lətifə Qurbanova ilə birlikdə Alman ədəbiyyatından mahnıları və kiçik səhnələri tamaşaya qoymaq üçün məşq edilmişdir.

Silsilə dərslər Azərbaycan Dillər Universitetinin müəllimi və Avstriya Mərkəzinin əməkdaşı magistrant Stefanie Matzer tərəfindən akademik yazıya giriş ilə tamamlanmışdır.

 

16.03.2018 – Germanistika İnstitutunun teatr tamaşası: Nibelunqlar nəğməsi və alman ədəbiyyatından kiçik səhnələr.

Tələbələrimiz  akt zalında  bütün ixtisaslardan olan tələbələrin qarşısında böyük alqışlarla “Nibelungenlied” dən səhnə, həmçinin Hötenin “Erlkönig”, “Hexenmeister” adlı əsərlərini, orta əsr sevgi mahnısını və ənənəvi tələbə mahnısını auditoriyaya təqdim etmişlər. Tədris işləri üzrə prorektor cənab professor Əfqan Abdullayev bu böyük nailiyyətlərə görə hər kəsə səmimi təşəkkürünü bildirmişdir.

İnsitutun xidmətləri:

İnstitut gələcəkdə müntəzəm olaraq professor Ziqlinde Hartmanın rəhbərliyi ilə orta əsr alman ədəbiyyatı ilə bağlı  silsilə dərslər təklif edir. Eyni zamanda yeni alman ədəbiyyatı ilə bağlı seminarlar və mühazirələrlə yanaşı alman dili xarici dil kimi (DaF) və alman ölkəşünaslığı  üzrə kurslar planlaşdırılır. Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən digər dillərin kafedraları ilə əlaqə qurmaq üçün fənlərarası mövzularda dəyirmi masaların təşkil nəzərdə tutulur.

Bundan başqa Almaniya, Avstriya və İsveçrə səfirlikləri ilə birlikdə elm və mədəniyyət mövzularında bir sıra konfranslar planlaşdırılır.

 

Ünvan: Rəşid Behbudov küç.: 134 II mərtəbə  Germanistika İnsitutu, Höte və Şiller mərkəzi AZ 1014, Bakı, Azərbaycan
Tel.: (+99412)441-22-78/79  (daxili 119)
E-Mail: sieglinde_hartmann@adu.edu.az
Facebook: https://www.facebook.com/Heiner40/