ADU haqqında

Tədris şöbəsi

Tədris şöbəsi 6 iyun 1973-cü ildən SSRİ-nin 50 illiyi аdınа АPХDİ-nin tərkibində yаrаdılmışdır.

2006-cı ildə Tədris şöbəsinin tərkibində qеydiyyаt bölməsi fəаliyyətə bаşlаdı.

2013-cü ildə Kеyfiyyətin Təminаtı Mərkəzi tədris şöbəsinə birləşdirildi və şöbə Kurrikulum və Kеyfiyyətə Nəzаrət Dеpаrtаmеnti kimi fəаliyyətə bаşlаdı.

2016-cı ildə аpаrılаn struktur dəyişiklikləri nəticəsində dеpаrtаmеntin nəzdində 4 mərkəz  yаrаdıldı:

  1. Təcrübə, Prоfеssiоnаl İnkişаf və Kаryеrа Mərkəzi
  2. Tələbə Qəbulu və Tələbə Qеydiyyаtı Mərkəzi
  3. Biliyin Qiymətləndirilməsi və Mоnitоrinq Mərkəzi
  4. Keyfiyyətin Təminatı və Məzunlarla İş Mərkəzi.

2017-ci ilin sentyabr ayında departamentin adı yenidən dəyişdirilərək Tədris Departamenti adlandırıldı və tərkibinə aşağıdakı şöbələr daxil edildi.

  1. Tələbə Qəbulu və Tələbə Qeydiyyatı Şöbəsi
  2. Təcrübə, Professional İnkişaf və Karyera Şöbəsi
  3. Biliyin Qiymətləndirilməsi, Monitorinq və Keyfiyyətin Təminatı Şöbəsi.

2019-cu ildən yenidən Tədris şöbəsi olaraq fəaliyyətini davam etdirir.

Tədris şöbəsinin fəаliyyətinin əsаs istiqаmətləri аşаğıdаkılаrdır:

  1. Dövlət təhsil standartları əsasında universitetin əsas tədris sənədlərinin – tədris planlarının, işçi tədris planlarının və tədris prosesi qrafiklərinin işlənib hazırlanması və bu zaman universitetin bölmələrinin qarşılıqlı əlaqəsinin təmin edilməsi;
  2. Tədris prosesinin idarə olunmasına dair informasiyanın təhlili və ümumiləşdirilməsi, rektorluğun müvafiq qərarlarının hazırlanması;
  3. Tədris prosesinin əsaslandırılmış planlaşdırılması və təşkili;
  4. Universitetdə tədrisin bütün formaları üzrə tədris prosesinə və mütəxəssis hazırlığına nəzarət sisteminin informasiya təminatı;
  5. Tədris prosesinə dair normativ-metodik sənədlərin daim təkmilləşdirilməsi;
  6. Tədris məşğələlərinin, imtahan sessiyalarının və Dövlət Attestasiya Komissiyalarının işinin cədvəllərinin planlaşdırılması və tərtibi;
  7. Rektorun tədris prosesinə dair əmr və sərəncamlarının layihələrinin hazırlanması;
  8. Müəllimlər və tələbələrin tədris intizamına riayət etmələrinə nəzarət;
  9. Dövlət Attestasiya Komissiyalarının işlərinə nəzarət, komissiyaların işinin nəticələrinin sədrlərin hesabatları əsasında ümumiləşdirilməsi və təhlili;
  10. Kafedraların ştatlarının formalaşdırılması üçün hesablamaların və başqa sənədlərin hazırlanması, müəllimlərin və kafedraların tədris planları və tədris yükləri normasına nəzarət, tədris yükünün yerinə yetirilməsinə nəzarət edilməsi;
  11. Seçki müddəti başa çatmış professor-müəllim heyətinin, eləcə də vakant vəzifələri tutmaq üçün müsabiqə elanının hazırlanması, ərizələrin qəbulu;
  12. Kafedraların və fakültələrin tədris və metodiki işin ayrı-ayrı məsələləri üzrə yoxlanılması, rektorluğun planı əsasında nəzarət tədbirlərində iştirak;
  13. Tədris məsələləri üzrə vətəndaşlar və idarələrlə yazışmalar;
  14. Dövlət statistika hesabatı məlumatlarının hazırlanması;
  15. ADU-da özünütəhlil və özünüqiymətləndirməni həyata keçirmək.

Tədris şöbəsinin müdiri

Şahməmmədova Şəfəq İsmayıl qızı

Ünvan: Rəşid Behbudov 134, ADU-nun əsas tədris binası, II mərtəbə

Tel: (+99412) 440-64-82

E-mail: sh.shahmammadova@adu.edu.az