ADU haqqında

Tələbə Elmi Cəmiyyəti

Sovetlər İttifaqı dağıldıqdan sonra Respublikamızda ilk dəfə olaraq 1998-ci ildə APXDİ-də (indiki ADU-da) TEC yarandı.
İlkin vaxtlar TEC-in illik konfransında 80-100 tələbə iştirak etmişdir. ADU-nun tələbələri uzun illər Respublika  olimpiada və konfranslarında ən yüksək yerləri tutmuşlar.
Tələbələrimiz TEC-in xətti ilə təkcə Respublikamızda deyil, xarici ölkələrdə    keçirilən konfranslarda da müntəzəm olaraq iştirak etmişlər.
Bu  ölkələrin sırasında Almaniya, Rusiya, Gürcüstan, Malaziya, İspaniya, Çexiya, Türkiyə və digərlərinin adlarını çəkmək olar.
ADU-nun TEC-nin fəaliyyəti respublikadakı digər Universitetlər arasında artıq nümunə kimi qəbul edilir. Hər il TEC-in illik konfransı keçirilir.
Qeyd etmək lazımdır ki, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində lazım olan bütün maddi təlabatlar (proqramın buraxılışı, tezislər kitabının nəşri, diplomlar  və  bütün vəsait tələb edən digər tədbirlər) universitetin rəhbərliyi tərəfindən həyata keçirilir.
Xarici ölkələrdə keçirilən konfranslarda iştirak edən tələbələrin xərcləri də Universitetin rəhbərliyi tərəfindən təmin olunur.
Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti (bundan sonra – TEC) elmi tədqiqat və elmi-təşkilati işlərində fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır.
TEC universitet rəhbərliyinə tabedir və Elmi Şura qarşısında hesabat verir.
TEC öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ-hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, Azərbaycan Dillər Universitetinin Nizamnaməsini və Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnaməni rəhbər tutur. 
TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında universitetin işinə kömək etməkdən ibarətdir.
TEC-in vəzifələrinə daxildir:
1. tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
2. elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
3. tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
4. tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
5. tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
6. istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
7. elmi və elmi-pedoqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
8. digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə  tətbiq edilməsi;
9. müxtəlif səviyyəli tədbirlərin – elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
10. tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
11. innovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
12. tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;
13. universitet və universitetdənkənar elmi tədbirlər haqqında məlumatların toplanılması, yayılması və universitetin internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi və s.
TEC-in Tərkibi
   TEC-in sədri:  Hüseynova Zəhra
   TEC-in  sədr müavini :  Dərgahlı Nicat Davud oğlu
   TEC-in katibi: Ələsgərova Aybəniz  Hacı qızı
   Tələbə Elmi Cəmiyyətinin şura üzvləri
   TEC-in fakültələr üzrə sədrləri
 
Ünvan: Bakı şəh., Rəşid Behbudov küç. 134,
ADU-nun  əsas tədris binası, 406-cı otaq
Tel: (+99412) 441 31 82
E-mail: tec@adu.edu.az
Facebook/Tələbə Elmi Cəmiyyəti-ADU