ADU haqqında

Tələbələrlə iş və tərbiyə şöbəsi

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı və rektorun müaviq əmri ilə yaradılan şöbə Universitetdə tələbələr və müəllimlər arasında zamanın tələblərinə uyğun təlim-tərbiyə işinin ardıcıl və daha effektiv şəkildə qurulması, universitetdə ölkəmizdə baş verən sosial, ictimai və siyasi proseslərlə bağlı davamlı maarifləndirmə işinin aparılması, gənclərin inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında nəzərdə tutulan məsələlərin zamanında icra olunması, tələbə təşkilatlarının, həmçinin universitetdə təşkil olunan mədəni-kütləvi tədbirlərin koordinasiyası, “Bir günlük xəlifə” tələbə özünüidarəetmə gününün formalaşdırdığı “Kölgə kabineti”nin fəaliyyətinin səmərəli təşkili və digər bu kimi məsələlərin həlli məqsədilə yaradılmışdır.

Şöbə müdiri

Hüseynov Sərraf Balaxan oğlu

Tel: (+994 12) 441 22 78 (dax.138)