ADU haqqında

Elm şöbəsi

Elm şöbəsi  Azərbaycan Dillər Universitetinin  Rektoryanı Şuranın  07.06.2019-cu il tarixli iclasının qərarı (protokol №66) və Universitetin  rektorunun  27.06.2019-cu il tarixli, 73 saylı əmri ilə yaradılmış  struktur bölməsidir.

Şöbə Universitetin digər universitetlərlə, o cümlədən xarici təhsil və elm mərkəzləri ilə elmi əlaqələrini yaradır, bu sahədə əməkdaşlığın intensiv və səmərəli olması üçün zəruri işlər görür, elmi-metodik işlərin planlaşdırılması, yerinə yetirilməsi, eləcə də Universitetin professor-müəllim  heyətinin elmi araşdırmalarının nəticələrinin, keçirilmiş elmi konfrans və simpoziumların  materiallarının nəşrə hazırlanması, əldə olunmuş  elmi-metodik nəticələrin praktikada tətbiqinin təşkili və bu sahəyə nəzarət funksiyasını həyata keçirir.                                                       

Şöbə öz fəaliyyətini Universitetin kafedraları və digər  struktur bölmələri ilə  əlaqəli şəkildə həyata keçirir, Universitetin fakültələri, kafedraları,  ETL-ləri, mərkəzləri və digər struktur bölmələri ilə əlaqəli şəkildə qurur.

Şöbə öz funksiyalarının yerinə yetirilməsində  ali təhsil  müəssisələrinin fəaliyyətini tənzimləyən qanunları, dövlət idarəçiliyi orqanlarının təsdiq etdiyi normativ-hüquqi sənədləri, Azərbaycan Dillər Universitetinin nizamnaməsini, Elmi Şurasının qərarlarını, rektorun əmr və sərəncamlarını, eləcə də şöbənin əsasnaməsini rəhbər tutur.

Şöbə aşağıdakı vəzifələri həyata keçirir:

  • Universitetin digər universitetlərlə bağladığı müqavilələr çərçivəsində müxtəlif elmi tədbirlər,  əməkdaşlıq proqramları, layihələr hazırlamaq  və onları həyata keçirmək; 
  • Beynəxalq  və respublika səviyyəli elmi konfransların keçirilməsi  ilə bağlı təşəbbüslər irəli sürmək, bu qəbildən olan tədbirlərin təşkili üçün  lazım olan  sənədləri hazırlamaq ; 
  • Müxtəlif elmi tədbirlər: beynəlxalq və respublika səviyyəli konfranslar, təqdimatlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək; 
  • Elmi konfranslara təqdim olunan məqalə və tezisləri toplamaq və onların ekspertizasını təşkil etmək, konfransların proqramlarını tərtib etmək, iştirakçıları məlumatlandırmaq;
  • Universitetin əməkdaşlarının elmi məqalələrinin nüfuzlu, beynəlxalq, elmi jurnallarda çap edilməsinə kömək etmək; 
  • Beynəlxalq nəşrlərlə əməkdaşlıq etmək və bu istiqamətdə müştərək layihələr hazırlamaq;
  • Universitet əməkdaşlarının respublika və beynəlxalq səviyyəli konfranslarda, simpoziumlarda, seminarlarda, diskussiyalarda, təqdimatlarda və.s. iştirakını təmin etmək; 
  • Kafedralarda və ETL-lərdə elmi tədqiqat və elmi-metodik işlərin yerinə yetirilməsi və praktikada tətbiqini təşkil edib, ona nəzarət etmək;
  • Yerinə yetirilmiş elmi tədqiqat və elmi-metodik işlərin ekspertizasını təşkil etmək; elmi tədqiqat və elmi-metodik işlərin yerinə yetirilməsinə dair kafedraların və ETL-lərin hesabatlarını öyrənmək və yekun hesabatlar  hazırlamaq; hər növbəti il üçün kafedra və ETL-lərin elmi tədqiqat və elmi-metodik işlərinin  planlarını toplamaq  və onların ekspertizasını təşkil etmək, ümumuniversitet elmi tədqiqatlar planı işləyib hazirlamaq və təsdiq üçün Elmi şuraya təqdim etmək; 
  • Kafedralarda və ETL-də elmi tədqiqat  və  elmi-metodik işlərin planlaşdırılması və hazır işlərin müzakirəsində iştirak etmək;
  • Hər növbəti il üçün kafedra və ETL-lərin elmi tədqiqat və elmi-metodik işlərinin  planlarını toplamaq  və onların ekspertizasını təşkil etmək, ümumuniversitet elmi tədqiqatlar planı işləyib hazirlamaq;
  • Doktorant, dissertant və magistrantlar üçün elmi, elmi-metodik seminar və məruzələr təşkil etmək; kafedralarda dissertasiyaların, elmi işlərin müzakirəsində iştirak etmək;
  • Universitetdə yerinə yetirilmiş elmi və elmi-metodik  işlərin yekunu  ilə bağlı illik hesabat hazırlamaq; 
  • TEC-in üzvləri üçün elmi tədqiqat işlərinin aparılması ilə bağlı metodik məsləhət saatları təşkil etmək.

Elm şöbəsinin müdiri:
p.f.d., dos.  İmanova Sevda Rafiq qızı

Ünvan: Bakı şəhəri, R.Behbudov küç., 134, ADU-nun əsas tədris binası, otaq 302

Əlaqə: (+994 12) 441 22 78 (daxili 257) /  (+994 12) 77 588 19 31

Email: elmshobesi@mail.ru