ADU haqqında

İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsi

ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin əsas vəzifələri ictimaiyyətin universitetin fəaliyyəti haqqında geniş məlumatlandırılması, ictimaiyyət nümayəndələri ilə qarışılıqlı əlaqələrin qurulması, KİV-lə əlaqə, universitetin fəaliyyətini əks etdirən press-relizlərin hazırlanması və yayılmasıdır.

Şöbənin strukturuna Mətbuat xidməti, Sayt və Yaradıcılıq bölmələri daxildir. Bölmələr universitet həyatının bütün istiqamətlərini əks etdirən xəbərlər, videosüjetlər hazırlayır, onların mediada yayılmasını təmin edir, KİV-də universitetlə bağlı yayılan materialların obyektivliyinin təmin olunması üçün tədbirlər görürlər. Bundan əlavə, ADU-nun veb-saytını yeniləyir, “Azərbaycan Dillər Universiteti-Rəsmi səhifə” adlı rəsmi Feysbuk səhifəsini və sosial şəbəkələrdəki digər hesablarını idarə edir, universitetin fəaliyyəti barədə xəbərləri, videosüjetləri və fotoşəkilləri sosial şəbəkələrdə yerləşdirirlər.

İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri Zeynallı Cavid Aşur oğludur.

Tel: (+99412) 441 22 72

E-mail: cavid54@mail.ru

 

Sayt bölməsi

İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin daxilində fəaliyyət göstərən Azərbaycan Dillər Universitetinin Sayt bölməsinin əsas vəzifələri universitetin elmi və pedoqoji həyatında baş verən hadisələri ali təhsil ocağının rəsmi saytında işıqlandırmaq, yaradıcı tələbələri əməkdaşlığa cəlb etmək, universitetin məzunları, müəllim və müvafiq struktur rəhbərləri ilə müsahibə-reportajlar təşkil etməkdir.

Eyni zamanda tələbələrin yaradıcı potensialını işıqlandırmaq da Sayt bölməsinin əsas vəzifələrindən biridir.

Tel: (+994 12) 441 22 72; (+994 12) 441 22 78/79 (daxili: 219)

E-mail: info@adu.edu.az

 

Mətbuat xidməti

ADU-nun İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsinin yaradılması haqqında qərar 2009-cu ilin fevral ayının 4-də verilib.

KİV-lə əlaqə, press-relizlərin hazırlanması, ictimaiyyətin universitetin fəaliyyəti haqqında məlumatlandırılması, universitetin nüfuzunun daha da yüksəlməsi və müsbət rəy formalaşdırmaq üçün universitetin təbliği bölmənin üzərinə düşən əsas vəzifələrdir.

Universitetdə keçirilən müxtəlif beynəlxalq, respublika və universitet səviyyəli elmi və ya pedaqoji konfranslardan tutmuş müxtəlif ölkələrin Azərbaycandakı səfirləri və ya beynəlxalq təşkilatların Bakıdakı ofislərinin rəhbərlərinin universitetə səfərləri ilə bağlı xəbərlərin, eləcə də bir sıra tədbirlərlə bağlı materialların KİV-də operativ və ətraflı şəkildə işıqlandırılması, media orqanları ilə səmərəli əməkdaşlıq Mətbuat xidməti bölməsinin əsas fəaliyyət istiqamətlərindəndir. Eyni zamanda Mətbuat xidməti bölməsi universitet haqqında müxtəlif məlumatların, tədbirlər və xəbərlərin sosial şəbəkələrdə işiqlandırılması, ictimaiyyətə çatdırılmasını təmin edir.

Bölmə ADU-nun “Azərbaycan Dillər Universiteti-Rəsmi səhifə” adlı rəsmi Feysbuk səhifəsini idarə edir və universitetin fəaliyyəti barədə KİV-də yayımlanan xəbərləri, videosüjetləri və fotoşəkilləri səhifəyə yerləşdirir.

Universitetin mətbuat katibi Cəfərov Ağa İsa oğludur.

Tel: (+994 12) 440 29 31; (+994 12) 441 22 78/79 (daxili: 217)

E-mail: agaceferli@gmail.com; adu.metbuatxidmeti@gmail.com

 

Yaradıcılıq  bölməsi

Yaradıcılıq  bölməsinin  məqsədi  tələbələrin bədii-estetik səviyyəsini yüksətmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərməkdir.  İncəsənət  və  mədəniyyətimizin  ayrı-ayrı  sənət  növləri  üzrə  istedadlı  gənclərin üzə çıxarılması, onların qabliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək bu bölmənin üzərinə düşür. Azərbaycan  Dillər Universitetində keçirilən ədəbi-bədii və musiqili tətbirlərin səviyyəsinin yüksəldilməsi, tədbirlərin təşkilində  pərakəndəlik və qeyri-peşəkarlığın aradan qaldırılması seçilmiş repertuara və tədbirlərin müddətinə  nəzarətin  təmin  edilməsi bölmənin əsas gördüyü işlərdəndir. İstedadlı  tələbələrlə  iş, mahnı  və  rəqs  kollektivlərinin formalaşdırılması, respublikada  keçirilən  mahnı, musiqi, rəqs  festivallarına tələbələrin hazırlanması və onların iştirakını təşkil etmək bölmənin istiqamət sahələrindəndir.

Tel: (+994 12) 441 22 78/79 (daxili: 116)

 

“Poliqlot” qəzeti

Universitetin rəsmi mətbu orqanı olan “Poliqlot” qəzeti 2000-ci ilin dekabr ayından etibarən nəşr olunur. Rəngli formatda nəşr olunan 12 səhifəlik qəzet ayda bir dəfə çap olunur.

Universitetlər içərisində ilk dəfə məhz ADU-nun rəsmi mətbu orqanı olan “Poliqlot” qəzeti 22 oktyabr 2009-cu ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul olunub.

“Poliqlot” qəzeti universitetin ictimai-sosial həyatında mühüm rola malikdir.

Qəzet üçün materialların araşdırılması və qəbul edilməsi, universitetin professor və tələbələrinin məqalələrinin redaktəsi, qəzetdə dərc etdirilməsi, qəzetin səhifələnməsi, universitetin məzunları ilə yaxından əməkdaşlıq, universitetin professor-müəllim heyəti və tələbələrlə, həmçinin ADU-ya gələn  xarici  qonaqlarla müsahibələrin hazırlanması redaksiyanın gördüyü işlərə daxildir.

“Poliqlot” qəzetində ADU-nun müəllim və tələbə heyətinin fəaliyyəti, kiçik hekayələri, şeirləri, bir çox araşdırmaları və tərcümələri, maraqlandıqları mövzu ilə bağlı analitik yazıları və müxtəlif materialları, ölkədə və xaricdə qazandıqları uğurları, müəllimlərin elmi yaradıcılığını əks etdirən məqalələr redaktə olunur və dərc edilir, universitetdə təşkil olunan tədbirlər, konfranslar, açıq dərslər, seminar və dəyirmi masalar, həmçinin rəhbərliyin görüşləri haqqında məlumatlar hazırlanır və işıqlandırılır.

Qəzet universitetdaxili tədbirlərin işıqlandırılması ilə yanaşı, ADU əməkdaşlarının və tələbələrinin elmi və bədii yaradıcılıq imkanlarını formalaşdırmağa, onu oxuculara təqdim etməyə şərait yaradır.

“Poliqlot” universitetin jurnalistika ixtisası üzrə təhsil alan tələbələrinə nəzəri biliklərini təcrübəyə tətbiq etmək üçün baza rolunu oynayır.
 

Tel: (+994 12) 440 29 31; (+994 12) 441 22 78/79 (daxili: 217)

E-mail: aul.polyglot@gmail.com