NEWS

AUL held a meeting with a professional announcer Saleh Baghirov

05 may, 2017
Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və Jurnalistika fakültəsinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələri ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin peşəkar aparıcısı Saleh Bağırovun görüşü keçirilib. Açılış nitqi ilə çıxış edən Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli qonağa   rəhbəri olduğu fakültə haqqında qısaca məlumat verib. Bu cür görüşlərin tələbələr üçün təcrübə olduğunu deyən S.Bağırov jurnalistikanın müxtəlif sahələrindən söz açıb.  İnteraktiv şəkildə keçən görüş zamanı o, xəbər aparıcılığından, medianın qarşısında duran əsas vəzifələrdən, özünün fəaliyyətindən və televiziyada rastlaşdığı hadisələrdən danışaraq onlarla öz təcrübəsini bölüşüb.