XƏBƏRLƏR

“Heydər Əliyevin dil siyasəti” mövzusunda dəyirmi masa keçirilib

08 may, 2024

Mayın 8-də Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində Azərbaycan dilçiliyi, Xarici dillər, Xarici ölkələr ədəbiyyatı və xarici dilin tədrisi metodikası kafedralarının təşkilatçılığı ilə “Heydər Əliyevin dil siyasəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan dilçiliyi kafedrasının müdiri dos. F.Niftəliyeva Ana dilimizin xalqın milli sərvəti kimi qorunması və dövlət dili kimi inkişaf etdirilməsində Ümumilli lider H.Əliyevin xidmətlərindən bəhs edib.

Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi A.Sadıqova, Türk dünyası araşdırmaları mərkəzinin mütəxəssisi və Azərbaycan dilçiliyi kafedrasının saat hesabı müəllimi F.Ağaməmmədova, Azərbaycan dilçiliyi kafedrasının professoru A.Babayev, Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi E.Baxışova, Azərbaycan dilçiliyi kafedrasının doktorantı A.Yadigarlı çıxış edərək Ulu Öndərin Azərbaycan dilinin inkişafına verdiyi töhfələr və Prezident İlham Əliyevin H.Əliyevin dil siyasətinin davamçısı kimi fəaliyyəti barəsində məlumat veriblər.

Tədbir Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarxla yekunlaşıb.