XƏBƏRLƏR

ADU-da Beynəlxalq Bullinqlə Mübarizə günü qeyd olunub

08 may, 2024

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının təşkilatçılığı və Təhsil 1 fakültəsinin 103 A qrup tələbələrinin iştirakı ilə 6 may Beynəlxalq Bullinqlə Mübarizə günü qeyd olunub.

Tələbələr Bullinq haqqında danışaraq müxtəlif rəsmlər nümayiş ediblər. Kafedra müdiri dosent Vüsalə Ağabəyli tələbələrlə həmfikir olduğunu və Bullinqlə mübarizənin vacibliyini bildirib. fil.f.d. Aynur Məmmədzadə adı çəkilən təqdimatın mahiyyətinin gəncləri Bullinq haqqında məlumatlandırmaq və onları bundan çəkindirmək olduğunu bildirib.

Qeyd olunub ki, Bullinq insanların təkrar və qəsdən kiməsə və ya bir qrup insana qarşı narahatlıq və rifahı üçün risk yaratmaq üçün söz və ya hərəkətlərdən istifadə etməsidir. Bu hərəkətlər adətən başqası üzərində daha çox təsir və ya gücə malik olan və ya başqasını daha az güclü və ya çarəsiz hiss etdirmək istəyən insanlar tərəfindən edilir.

Bullinq digər insana hakim olmaq üçün aqressiv davranışa deyilir. Bunun bir şəxsin başqalarına hakim ola bilməsi üçün güc vasitəsilə başqaları üzərində şiddət və dominantlıq etmək istəyinə bağlıdır. Bu, bir dəfə deyil, tez-tez təkrarlanan bir hərəkətdir.

Bullinq həm də emosional zorakılıqdır. Bəs emosional zorakılığın tərifi nədir?

Emosional zorakılıq və ya zehni zorakılıq başqa bir şəxsi təcrid etmək, ələ salmaq və ya satmaq üçün sözlərdən istifadə etməkdir. Emosional zorakılıq insanın emosiyalarını, özünə inamını və özünə dəyər verməsini hədəfləyir. Bu cür zorakılığa misal olaraq alçaldıcı adların istifadəsi, dini təcrid və kiber zorakılıq daxildir.

Gəlin, hər zaman həmrəy olaq və bullinqə son deyək.

Stop Bullying!